Bakıdakı məşhur restorana ittiham: - Menyuda aşağı qiymət yazırlar, hesab gələndə isə...
"Xalçalı restoran&lounge" restoranının müştəriləri aldatdığına dair iddialar yayılıb.
regionxeberlericom.az Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri restoranın müştərilərə daha aşağı qiymətlər yazılmış menyu təqdim etdiyini, lakin hesabda başqa qiymətlər yazdığını bildirib:
"Dostumla menyuda qeyd edilən hərəsi ayrı-ayrılıqda beş manat olan çay və mürəbbə sifariş verdik. Ofisianta menyudakı qiyməti nəzərə alaraq, çay və mürəbbə sifariş versək də, sonda hesab beş manat artıq gəldi.
Hesabın niyə 15 manat gəldiyini soruşanda isə ofisiant çayın 10 manat olduğunu söylədi. Narazılığımı bildirirək, çayın 10 manat olduğu halda niyə menyuda beş manat yazıldığını soruşdum. Bizə verilən menyunun köhnə olduğu deyildi.
Ofisiantın gözünün qarşısında menyuya baxıb sifariş etdiyim halda menyunun köhnə və çayın 10 manat olduğunu niyə demirlər? Bu, düzgün restoran sistemi deyil".
Məsələni aydınlaşdırmaq üçün "Xalçalı restoran&lounge"la əlaqə saxladıq.
Özünü administrator kimi təqdim edən Teymur adlı şəxs Oxu.Az-a açıqlamasında qiymətlərin artırıldığını təsdiqlədi:
"Müəyyən şeylərdə dəyişikliklər etmişik. Müştəri bir çay sifariş verib saatlarla oturur. Bu da bizə sərf eləmir. Ona görə də qiymətlərdə artımlar var.
Öncədən müştərilərə də qiymətlərin qalxması ilə bağlı məlumat verilib. Hətta daimi gələn müştərilərə də izah eləmişik ki, qiymətlər niyə qaldırılıb. Kimin narazı olub-olmamasının bizə aidiyyəti yoxdur".
Menyunun köhnə olması məsələsinə gəldikdə, administrator deyib ki, artıq onlar da yenilənib.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-09-2019, 16:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-09-2019, 16:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29