“Tibbi tullantılar xəstəliklərin yayılmasına gətirib çıxarır”
“Tibbi tullantılar epidemioloji baxımdan böyük təhlükə yaradır”.
Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.
Komitə sədri qeyd edib ki, bu tullantılar milyardlarla patogen bakteriya və virusun mənbəyidir: “Əgər tibbi tullantılar düzgün idarə olunmasa, bu və ya digər xəstəliklərin yayılmasına gətirib çıxarır. Digər məsələ radioaktiv tullantılardır. Səhiyyə müəssisələrində müxtəlif cihazlar istifadə olunur ki, onlar radioloji tullantılar yaradır. Desək ki, ölkədə bu sahədə problem yoxdur, doğru olmaz. Tullantılarla bağlı ciddi problemlər var. Onların toplanması, çeşidlənməsi, nəqli və utilizasiyasında ciddi problemlər müşahidə olunur. Ola bilər ki, Bakının özündə problem nisbətən azalıb, amma bölgələrdə daha qabarıqdır. Təəssüf ki, bu sahədə qanun yoxdur. Ola bilər ki, bu sahədə yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var və biz bu sahədə dəstək göstərməyə hazırıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-12-2023, 12:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər