reklam
Regionxeberlericom.az » Sosial » Ünvanlı sosial yardım üçün hansı qurumlara və necə müraciət edilməlidir? - CAVAB

reklam

Ünvanlı sosial yardım üçün hansı qurumlara və necə müraciət edilməlidir? - CAVAB


Regionxeberlericom.az bildirir ki, Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi ilə bağlıdır.

Maraqlıdır, ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi üçün hansı qurumlara və necə müraciət edilməlidir?

Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Ailəni təmsil edən şəxs (bundan sonra təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra VEMTAS) göndərir.




Paylaş:


Müəllif : Tarix:
22-12-2023, 13:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər