reklam
Regionxeberlericom.az » Sosial » Azərbaycanda ancaq bu halda xəstə məcburi xəstəxanaya aparılır - Diqqət!

reklam

Azərbaycanda ancaq bu halda xəstə məcburi xəstəxanaya aparılır - Diqqət!


Ötən həftə Lənkəranda 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadə qızılcadan dünyasını dəyişib.

Tibb işçiləri xəstəxanaya aparılmasını istəsələr də, ailəsi bununla razılaşmayıb. Daha sonra onun vəziyyəti daha da pisləşib və vəfat edib.

Maraqlıdır, belə durumlar da daxil olmaqla, hansı hallarda xəstə məcburi müalicəyə cəlb oluna bilər?

Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyindən (TƏBİB) "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşın razılığı olmadıqda, qanuni nümayəndələrin isə razılığı olduqda, əksepidemik tədbirlərin həyata keçirilməsi ilə bağlı tibbi yardımın göstərilməsi qanunvericiliklə tənzimlənir:

"Razılığı tələb olunmadan vətəndaşa tibbi yardım göstərilməsi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsi ilə tənzimlənir.

Həmin maddəyə görə, özünün və ya qanuni nümayəndəsinin razılığı tələb olunmadan vətəndaşa qanunvericilikdə müəyyən edilmiş qaydada tibbi yardım (tibbi müayinə, hospitalizasiya, nəzarət etmək, izolyasiya etmək) göstərilməsi ətrafdakılar üçün təhlükəli xəstəliklərə tutulan, ağır ruhi pozuntulardan əzab çəkən, yaxud ruhi xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslərə aid edilir. Həmin şəxslərə tibbi yardım göstərilməsi haqqında qərar həkim tərəfindən qəbul edilir.

Vətəndaşın razılığı olmadıqda, qanuni nümayəndələrin isə razılığı olduqda, əksepidemik tədbirlərin həyata keçirilməsi ilə bağlı tibbi yardımın göstərilməsi qanunvericiliklə tənzimlənir".

Razılığı tələb olunmadan vətəndaşlara tibbi yardım göstərilməsi aşağıdakı qaydada həyata keçirilir:

1.Ağır ruhi pozuntulara düçar olmuş şəxslərin müayinəsi və hospitalizasiyası qanunvericilikdə müəyyən edilmiş qaydada aparılır.

2.Xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslər habelə ətrafdakılar üçün epidemioloji baxımdan ciddi təhlükə yaradan və hospitalizasiyadan imtina edən vərəmli xəstələr barədə qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi tibbi tədbirlər tətbiq oluna bilər. Cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilir. Yoluxucu xəstəliklərə tutulmuş və epidemioloji baxımdan ətrafdakılar üçün ciddi təhlükə yaradan penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər stasionar müalicədən imtina etdikdə, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar.

3.Onkoloji xəstələrin həyat və sağlamlığı üçün ciddi təhlükə olduqda uyğun müalicə yazılı razılıq olmadan aparıla bilər.

4.Vətəndaşın, yaxud qanuni nümayəndənin razılığı tələb olunmayan və ya məhkəmənin qərarı ilə müəyyən olunan hallarda hospitalizasiyanın səbəbləri aradan qaldırılanadək vətəndaş müalicə-profilaktika müəssisəsində saxlanılır.

Sorğumuza əlavə olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 30 iyun tarixli 105 nömrəli qərar ilə təsdiq edilmiş Təhlükəli yoluxucu xəstəliklərin siyahısında İnsanın immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri qeyd edilib.




Paylaş:


Müəllif : Tarix:
26-12-2023, 12:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər