Mingəçevirdə Az.Dres sakinləri həkim çatışmazlığından şikayət edirlər – Video
Mingəçevir şəhər Az.Dres qəsəbəsinin sakinləri həmin ərazidə yerləşən 2 saylı Ailə Sağlamlıq Mərkəzində həkim çatışmazlığının olduğunu bildirirlər.
Bu barədə Yeniavaz.com-a danışan qəsəbə sakinləri deyirlər ki, 50 mindən çox insana xidmət göstərən səhiyyə müəssisəsində həkim çatışmazlığı ciddi problemlərə səbəb olur.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Faiq Abdullayev Yeniavaz.com-a bildirdi ki, problemdən xəbərdardırlar:
“Mingəçevir Şəhər Xəstəxanasında həkim çatışmazlığı yaşanır. Vətəndaşların müraciətinə baxılmasının nəticəsi barədə TƏBİB-ə məktub ünvanlanıb. Xəstəxananın yeni strukturunun təsdiqlənməsi üçün TƏBİB-ə müraciət edilib. Yeni struktur təsdiq edildikdən sonra 2 saylı Ailə Sağlamlıq Mərkəzinin tam şəkildə fəaliyyət göstərməsi və bütün ixtisaslardan olan həkim mütəxəssislərlə təmin edilməsinin həyata keçirilməsi nəzərdə tutulub”.
Esmira Hidayətova, Mingəçevir
Paylaş:
Müəllif : Fuad
Tarix:26-12-2023, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vətəndaş asfalt yolun ortasına düzülən beton maneələrin düzgün yerləşdirilmədiyni deyir - VİDEO

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…