reklam
Regionxeberlericom.az » Sosial » “Qaz bir gün var, bir gün yox”

reklam

“Qaz bir gün var, bir gün yox”


“Soyuq qış günləridir, lakin bizim qəsəbədə qaz yoxdur. Hər gün dəfələrlə aidiyyəti quruma müraciət edirik, baxan da yoxdur”. 

Regionxeberlericom.az bildirir ki, bu şikayətlə “Qafqazinfo”ya Maştağa qəsəbəsinin bir qrup sakini müraciət edib.

Vətəndaşların sözlərinə görə, hazırda M.Ə.Sabir küçəsində tamamilə qaz yoxdur: “Qaz bir gün var, bir gün yox. Olduğu vaxtlarda da təzyiq olmur, şam kimi yanır. Bununla da nə evi isitmək mümkündür, nə də çay, yemək hazırlamaq. Evində körpəsi, yaşlısı, xəstəsi olan var. Belə soyuq havalarda evimizi necə isidək, nə təklif edirlər?”

Maştağanın həmin ərazisində yaşayan sakinləri deyir ki, dəfələrlə qaynar xəttə şikayətlə müraciət ediblər, lakin nəticə olmayıb: “Bununla bərabər, burada yaşayanlardan 1 ay ərzində 134 manat qazpulu ödəyən sakinlər var. Qaza hava vurulurmu, qaz motoru qoyanmı var? Bütün bunlar naməlumdur, bunu araşdırmaq üçün adam göndərilməlidir, yoxlama aparılmalıdır. Amma heç bir tədbir görülmür. Bu şikayətlərlə 2-3 ay belə keçdi. Onsuz da 1-2 aya soyuq aylar  bitir, istidə, qazın istifadə edilmədiyi vaxtlarda qaz verilir. Açıq görünür ki, istədikləri vaxt qazı verirlər, istəmədikləri vaxt yox”. 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev müraciətimizə cavab olaraq bildirdi ki, son günlər havanın temperaturunun enməsi ilə əlaqədar təbii qaza olan tələbat artmaqdadır. Havaların soyuması ilə bağlı müəyyən ərazilərdə qazın təchizatının təmin edilməsində yaranan çətinliklər araşdırılır və müvafiq tədbirlər görülür: “Müraciət qeyd olunan ərazi üzrə əvvəlki günlərdə daxil olan şikayətlər araşdırılarkən qaz təchizatının normal rejimdə və tələbata uyğun təmin edilməsində nöqsanların olduğu aşkar edilib. Belə ki, Maştağa qəsəbəsində qeyd olunan ünvan üzrə qaz xətlərinin yoxlanması zamanı kütləvi şəkildə qaz şəbəkəsinə kənar müdaxilələr edildiyi və sayğacdankənar xətt vasitəsilə qazdan istifadə halları aşkar edilib.

Qaz şəbəkəsinə kənar müdaxilə nəticəsində xətlər zədələnib və qəzalı hala düşüb ki, bu da qazın normal təminatına maneələr yaradıb. Bununla bağlı  “Azəriqaz” İB tərəfindən işçi heyət cəlb edilərək xətlərin təmiri işləri aparılmaqdadır. Ünvan üzrə qaz təchizatında fasilələlərin yaranması bununla əlaqədar olub və yanvarın 11-də işlərin icrası tamamlanıb. Eyni zamanda bildiririk ki, işlərin tamamlanmasına baxmayaraq, yanvarın 12-də ərazinin yoxlanması zamanı təkrar olaraq xəttə müdaxilə edilməsi halları aşkar olunub”.




Paylaş:


Müəllif : Tarix:
12-01-2024, 16:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər