reklam
Regionxeberlericom.az » Sosial » Kəmaləddin Qafarov TƏBİB sədri olmaq istəyir - İDDİA

reklam

Kəmaləddin Qafarov TƏBİB sədri olmaq istəyir - İDDİA


Son vaxtlar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) qarşı tənqidlərin çoxalması prezident seçkilərindən sonra qurumun rəhbəri Vüqar Qurbanovun istefaya göndəriləcəyi barədə ehtimallara səbəb olub. Regionxeberlericom.az Aztimes.az-a istinadən xəbər verir ki, TƏBİB rəhbərliyinə iddialıların da bu arada faəllaşması, medianın gündəminə gəlməməyə çalışması bu ehtimalları bir qədər də gücləndirib. Bu sırada daha çox deputat Kəmaləddin Qafarov fəallıq göstərir.

İddia olunur ki, deputat TƏBİB rəhbərliyinə təyinat almaq üçün fəal iş aparmaqla yanaşı çox ehtiyatlı davranır, heç bir halda gündəmə gəlməməyə çalışır.

Kəmaləddin Qafarov tibb sektoruna yad adam deyil. O, deputat olmamışdan əvvəl Milli Onkologiya Mərkəzinin (MOM)direktor müavini vəzifəsində çalışıb.

Deputat eyni zamanda tibb təchizatı ilə məşğul olan “Azəri Med” şirkətinin sahibi kimi tanınır.

Bu şirkət adətən MOM-un iri məbləğli tenderlərinin qalibi seçilir.




Paylaş:


Müəllif : Tarix:
15-01-2024, 11:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər