reklam
Regionxeberlericom.az » Sosial » Naxçıvanda narazılıq yaradanlar ARAŞDIRILIR... - Belə də olur...

reklam

Naxçıvanda narazılıq yaradanlar ARAŞDIRILIR... - Belə də olur...


Naxçıvandan Bakıya və əks istiqamətə avtobusla səfər edən sərnişinlərin ciddi narazılığına səbəb olan problemlər ictimailəşdirildikdən sonra Muxtar Respublika Nəqliyyat Nazirliyi araşdırmalara başlayıb. Bu haqda “Gündəlik Naxçıvan”a sərnişinlərin özləri məlumat verib.

Sərnişinlər iki həftə öncə “Gündəlik Naxçıvan”a bildirmişdi ki, nazirlik əməkdaşları gömrük əməkdaşları ilə əlbir olub, avtobuslarda sərnişin yerinə, tacirlərdən rüşvət alıb, alver məqsədili yüklərin daşınmasına şərait yaradırlar. Bu səbəbdən sərnişinlər ya bilet tapa bilmir, ya da avtobusdakı yerlərində rahat oturub, səfər edə bilmirlər. Babək rayon sakini Abasət Əliyev bidirirdi ki, bu qanunsuzluğa etiraz etdiyi üçün avtobus sürücüsü və köməkçisi onu təhqir ediblər.

Abasət Əliyev deyir ki, məsələ ictimailəşdikdən bir neçə gün sonra onu Naxçıvan MR Nəqliyyat Nazirliyinə dəvət edib, problemin həll olunacağına söz veriblər:

“Nazirliyin Mazan adlı əməkdaşı məni qəbul etdi. Avtovağzalın müdiri Azər Ağayevi də çağırmışdı. Məni dinlədilər, sonra dedilər ki, biz də araşdırdıq və aydın oldu ki, bəzi problemlər var. Problemin həll olunacağına söz verdilər. Daha sonra məni təhqir edən avtobus sürücüsü və onun köməkçisini çağırdılar. Onlar mənə qarşı işlətdikləri ifadələrə görə məndən üzr istədilər”.

Bu günlərdə Naxçıvandan Bakıya avtobusla gələn sərnişin Şəfayət Məhərrəmov isə deyir ki, əvvəlkinə nisbətən problem nisbətən aradan qaldırılıb:

“Bir neçə gün əvvəl avtobusla Bakıya gəldim. Problem ictimailəşdikdən sonra sürücülər sərnişinlərlə əvvəlki vaxtlara nisbətən daha nəzakətlə davranır, sərnişinlərin rahatlığının pozulmaması üçün avtobusun içərisinə daha az yük buraxırlar”.

Naxçıvandan Bakıya və əks istiqamətə hərəkət edən avtobus reysləri İran ərazisindən tranzit istifadə edirlər.





Paylaş:


Müəllif : Tarix:
16-01-2024, 12:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər