Sabah iqtidar və müxalifət bir araya gələcək - "Onların xaos çağırışları hər kəsi narahat edir"
Sentyabrın 11-də saat 11:00-da ölkə iqtidarı və müxalifəti “Park İnn” hotelində toplaşacaq. Dəyirmi masa formatında keçiriləcək tədbirin əsas mövzusu xaricdən Azərbaycana qarşı təhdidlərin artması olacaq. Toplantının keçirilməsi təşəbbüsü ilə Ana Vətən Partiyası çıxış edib.
Dəyirmi masaya Azərbaycandakı bütün siyasi qüvvələr, tanınmış QHT-lər, media kapitanları və müstəqil siyasi ekspertlər dəvətlidir. Tədbiri keçirməkdə əsas niyyət Azərbaycanda siyasi proseslərə istənilən səviyyədə xarici müdaxilə meyllərinin qarşısını almaq üçün vahid iradənin ortalığa qoyulmasıdır.
Heç kəsə sirr deyil ki, artıq iki ilə yaxındır Azərbaycan cəmiyyəti, iqtidarı, tanınmış şəxslər, bütövlükdə xalqımız müxtəlif səbəblərdən Avropaya gedib müəyyən dairələr tərəfindən idarə olunan “söyüş müxalifəti”nin təhdidi altındadır. Onların xaos yaratmaq yönündəki çağırışları Azərbaycanda hər kəsi narahat edir. Məhz bu tədbirdə də müzakirələr əsasən bu yöndə olacaq. Dəyirmi masanın maraqlı bir formada keçiriləcəyi gözlənilir. Belə ki, ilk dəfə olaraq, bura siyasi partiyalarla yanaşı, tanınmış QHT-lər, media kapitanları və müstəqil siyasi ekspertlər dəvət alıb.
Bu barədə “Yeni Müsavat”a AVP sədri, deputat Fəzail Ağamalı məlumat verdi: “Bu tədbirdən ciddi nəticələr gözləyirəm. Biz hər zaman Azərbaycanın taleyüklü məsələlərində ölkəmizin sağlam qüvvələrini bir yerdə görmüşük. Əminəm ki, bundan sonra da bir yerdə olacağıq. Tədbirdə Azərbaycanda dövlətçiliyimizə, xalqımızın milli maraqlarına sadiq olan bütün siyasi qüvvələr, vətəndaş cəmiyyətinin təmsilçiləri, dəvət etdiyimiz ekspertlər, media kapitanları iştirak edəcəklər. Orada vahid mövqedən çıxış edəcəyik. Burada niyyət ancaq dövlətçiliyimizin mövqeyində dayanmaqdır. Ölkəmizdə sağlam siyasi qüvvələr də var. Onlar dövlətçilik mövqeyindən çıxış edirlər. Bunlar əsl müxalifətdir. İradəmizi ortalığa qoymalıyıq. Bu məqsədlə tədbir keçirmək təşəbbüsündə bulunduq. Tədbirin təşəbbüskarı mənəm. Bura iqtidar partiyasını da dəvət etmişəm. Ümidvaram ki, onlar iştirak edəcəklər. Bununla bağlı ilkin razılıq var. Müxalifət partiyalarını da dəvət etmişik. Onların əksəriyyəti iştirak etməklə bağlı dəvətimizi qəbul ediblər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-09-2019, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-09-2019, 09:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:00
Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib
Dünən, 09:11
Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
Dünən, 08:42
“Rus rublu” hesabına dolanışıq kəsilir… – “Əvvəl ev tikirdik, maşın alırdıq, indi yeməyə
Dünən, 08:35
“Azərqaz” rəhbərliyinin bu yalan-palan, bərli-bəzəkli məlumatlar kimə, nəyə lazımdır axı?!
19-09-2024, 15:32
Mühərrik yağına qənaət: Ekspert sintetikdən mineralа keçid barədə tövsiyələrini verdi
19-09-2024, 15:26
ELMAR VƏLİYEVİN OĞLU QAZİNİN TORPAQ SAHƏSİNİ ZƏBT EDİB – “Mənə deyirlər ki, Elmir Vəliyev sifarişlə adam öldürəndir, ondan uzaq dur”
19-09-2024, 09:26
İmperatorun hiyləsinə qurban gedən, İmamzadədə dəfn olunan qəhrəman “Dəli” - II HEKAYƏT
19-09-2024, 08:27