Bu şəxslər dərmanları elektron reseptlə almayacaq

Dövlət tərəfindən pulsuz dərman preparatları ilə təmin olunan şəxslərə elektron resept şamil olunmayacaq.
Bu fikirləri Səhiyyə Nazirliyinin instaqram səhifəsində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin Elektron səhiyyə standartlarının və təsnifatlarının nəşriyyatı şöbəsinin müdiri Kəbutər Mövsümlü deyib.
O bildirib ki, ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslər və ya onların qanuni nümayəndəsi yaşayış yeri üzrə poliklinikaya müraciət edərək bu hüquqları təsdiq edilən əsas sənədləri təqdim etməlidirlər:
“Dərman preparatları ilə təmin olunma dövlət müalicə-profilaktika müəssisələrinin aptek məntəqələri vasitəsilə həyata keçirilir.
Pulsuz dərman reseptləri yazmaq hüququ olan dövlət müalicə-profilaktika müəssisələrinin siyahısı Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bir ödənişsiz reseptdə yalnız bir dərman preparatı yazılır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-01-2024, 16:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB