reklam
Regionxeberlericom.az » Sosial » Hakimlər heyəti ilk vəsatəti rədd etdi

reklam

Hakimlər heyəti ilk vəsatəti rədd etdi


“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətlində ittiham olunanların cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası davam etdirilib. 

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ilkin dinləmələr keçirilib.

İş üzrə müttəhimlər qətlin sifarişçisi olduğu iddia edilən sözügedən universitetin sabiq rektoru professor Müşfiq Atakişiyev və onun sifarişini yerinə yetirməkdə ittiham edilən Dəyanət Quliyev və Samir Quliyevdir.

Prosesdə M.Atakişiyevin vəkili vəsatət qaldıraraq məhkəmə istintaqının qapalı keçirilməsini istəyib. Vəkil vəsatətini belə əsaslandırıb ki, cinayət işi materiallarında ailə və kommersiya sirri təşkil edən məlumatlar var. Müdafiəçi həmçinin müvəkkilinin və digər müttəhimlərin səmimi etiraf vermələri üçün prosesin qapalı keçirilməli olduğunu qeyd edib.

Prokuror Cövdət Mehrəliyev vəsatətin yerindəcə rədd edilməsini tələb edib. Mehrəliyev müdafiə tərəfinin vəsatətinin təmin edilməsi üçün heç bir əsas olmadığını deyib. 

Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti vəsatəti rədd edib.

Baxış iclası yanvarın 22-nə təyin edilib. 

İttihama görə, qətli sifariş verməkdə təqsirləndirilən M.Atakişiyev hadisə vaxtı “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin rektoru işləyib. Rektor mərhum prorektoru işgüzar nüfuzu üçün maneə hesab edib, bu səbəbdən onun qətlini sifariş verib. Qətlin icraçıları isə Dəyanət Quliyev və Samir Quliyevdir. Onlar da eyni iş üzrə təqsirləndirilən şəxsdirlər. 

M.Atakişiyev, D.Quliyev və S.Quliyevə qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.




Paylaş:


Müəllif : Tarix:
17-01-2024, 16:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər