reklam
Regionxeberlericom.az » Sosial » Sosial yardım və pensiya düzəldəcəyini deyib aldatmışdı - Saxlanıldı

reklam

Sosial yardım və pensiya düzəldəcəyini deyib aldatmışdı - Saxlanıldı
















Qubada bir neçə şəxsin sosial yardım, pensiya düzəltmək adı ilə pullarını mənimsəyən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Ülkər Kərimova saxlanılıb. O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində sosial müavinət, pensiya düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların ümumilikdə 11 500 (on bir min beş yüz) manat pullunu mənimsəyib.

Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.

Ü.Kərimovanın əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və ya Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.





Paylaş:


Müəllif : Tarix:
25-01-2024, 08:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər