Gömrük Komitəsindən narazılıq PİK HƏDDƏ - İTTİHAM
Dövlət Gömrük Komitəsindən (DGK) şikayətlər getdikcə artır.
Bu günə qədər istər mətbuatda, istərsə də sosial şəbəkələrdə gömrükdə baş verən süründürməçilik, özbaşınalıq və qanunsuzluqlarla bağlı çox sayda məlumat yayılıb. Bununla belə, qurum öz fəaliyyətində dönüş etmək istəmir. DGK-dən şikayətlər nəinki ölkə daxilində, hətta sərhədləri aşaraq digər ölkələrə qədər gedib çıxıb. Xatırladaq ki, “DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ” firmasının sahibi, İstanbul Ticarət Odasının (İTO) məclis üzvü Yakup Yaşan Azərbaycan gömrüyündə üzləşdiyi problemlərlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana şikayət məktubu göndərmişdi.
Türkiyəli iş adamı məktubunda bildirmişdi ki, Azərbaycan gömrüyündə onların malının qiymətini süni şəkildə artırmağa çalışıblar. Bununla da onların ticarətlərinə ziyan vurmağa cəhd ediblər. Şikayətçi habelə qeyd edib ki, Gömrük Komitəsinin bu kimi addımlarından iki ölkə arasındakı ticari əlaqələr də ziyan görür. Komitə sədri Səfər Mehdiyevin komandasının “iş prinsipi”ndən daha çox narazı olan sahibkarlardır.
“Binə” və “Sədərək” Ticarət mərkəzlərində çalışan sahibkarlar komitənin fəaliyyəti ilə bağlı tez-tez şikayət edirlər. Sənan Nağıyev adlı sahibkar isə ölkəyə 200 ədəd müxtəlif markalı mobil telefonlar gətirib və həmin malların dəyərinin 32 100 ABŞ dolları (54 min 570 manat) olduğunu bəyan edib. Müvəqqəti saxlanca götürülən malların gömrük rəsmiləşdirilməsi prosesində aparılan araşdırma zamanı onların dəyərinin aşağı göstərildiyi, real dəyərin 46 080 ABŞ dolları (78 min 336 manat) təşkil etdiyi müəyyən edilib və bu barədə Sənan Nağıyevə məlumat verilib. Buna etiraz edən Sənan Nağıyev şikayət ərizəsi ilə DGK-ya müraciət edib. Məsələ ictimaiyyəşdikdən sonra hər iki tərəfin problemin həlli ilə bağlı razılıq əldə olunduğu ilə bağlı rəsmi məlumat yayılıb. Bu siyahını kifayət qədər uzatmaq olar. Çünki demək olar ki, hər gün DGK-dən ən az bir şikayət olur. Bütün narazılıqlara, şikayətlərə baxmayaraq, Dövlət Gömrük Komitəsi özünəməxsuz iş “prinsipləri”ni və “fəlsəfəsi”ni dəyişmir. Son baş verən hadisə isə DGK-nin fəaliyyət mexanizmini çılpaqlığı ilə gün üzünə çıxarıb. Belə ki, "Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə Bakı Baş Gömrük İdarəsinin qarşısında intihara cəhd edib. İdarənin əməkdaşları və ərazidəki digər sahibkarlar M.Quluzadənin intiharının qarşısını alıblar. Hadisə yerinə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, həmçinin, komitənin məsul şəxsləri gəliblər. S. Mehdiyev intihara cəhd edən sahibkarla görüşüb və söz verib ki, problemi gün ərzində həll olunacaq. Daha sonra isə komitə sədri Bakı Baş Gömrük İdarəsində müşavirə keçirib. İclasda Səfər Mehdiyevin əmri ilə Bakı Baş Gömrük İdarəsinin bir neçə əməkdaşı işdən uzaqlaşdırılıb. Sahibkarın şikayəti ölkəyə gətirdiyi malların DGK-i tərəfindən mənimsənilməsi ilə bağlı olub ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu işlə bağlı qərardad qəbul edib. Qərardadda göstərilib ki, Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən 39 697 manat təzminat alınaraq "Ulduz-Elektron” MMC-yə ödənilsin. Amma nəticənin olmaması və DGK-nin məhkəmə qərarını icra etməməsi sahibkarı intihara sürükləyib.
Rəsmi məlumatda göstərilənlə DGK-nin mətbuat xidmətindən yayılan məlumat isə bir-birini təkzib edir. Birinci məlumatda DGK-nın sədri Səfər Mehdiyevin məhz bu şikayətə görə Bakı Baş Gömrük İdarəsinin bir neçə əməkdaşını işdən kənarlaşdırdığı göstərilib. DGK-nın mətbuat xidməti isə sahibkarın dediklərinin yalan olduğunu, həqiqəti əks etdirmədiyini bildirib.
Ortada məhkəmə qərarının olduğunu nəzərə alsaq, DGK-nın yaydığı məlumatın nə dərəcə “reallığa” uyğun olduğunu görmək mümkündür. Bir qurum haqqında bu qədər şikayətlərin olması, əslində, bugünə qədər yazılanların həqiqəti əks etdiyinin bariz göstəricisidir. Dəfələrlə “Cümhuriyət” qəzetində və Cebhe.info xəbər portalında Dövlət Gömrük Komitəsində problemlərin olduğunu göstərən araşdırma yazıları dərc olunub. Amma təəssüf ki, DGK problemlərin həll olunmasında deyil, yayılan məlumatları təkzib etməkdə maraqlı olub və həqiqətə uyğun olmayan statistik məlumatlarla müsbət imic formalaşdırmağa cəhd edib. Qurumun rəhbəri mətbuata müsahibəsində deyib ki, islahatlar aparılır və bu prosesin birinci mərhələsi artıq bitib. Birinci mərhələsi bitmiş islahatlardan sonra da şikayətlərin ardı-arası kəsilmir, əksinə, qurumdan başqa ölkənin prezidentinə şikayət məktubu yazılır.
Belə olan halda, Səfər Mehdiyevin dili ilə desək, islahatların ikinci dalğası sahibkarları daha çox qorxudur. İslahatlar isə ölkə üzrə aparılır və əslində, bu dalğanın DGK-ni hədəfə alacağı gözlənilir. Məlumdur ki, komitənin ləğvi artıq neçə vaxtdır ki, gündəmdədir. Hətta ləğvetmə prosesinin tədricən getdiyi haqqında xəbərlər də yayılır.
İddialara əsasən, ilk növbədə ƏDV (Əlavə Dəyər Vergisi) toplanması Gömrük Komitəsindən alınaraq Vergilər Nazirliyinə veriləcək. Bu qərardan bir müddət sonra Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilib Vergilər Nazirliyinə birləşdiriləcək.
Gömrüklə bağlı prosedurun artıq başladığı və bunun məntiqini nəticəsini qısa zaman sonra görməyin mümkün olacağı da iddialar arasındadır. Proseslərin gedişini, gömrükdən olan şikayətlərin çoxluğunu, qurumun rüsum, invoys və digər narazılıq yaradan “xidmətlərini” nəzərə alsaq, DGK-nın özündə əsaslı dəyişikliklərin olması vacibdir .
Cebhe.info
Paylaş:
Müəllif : Yazar
Tarix:11-09-2019, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-09-2019, 09:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50