reklam
Regionxeberlericom.az » Sosial » “Hüquqlarımız pozulub, “Vətən müharibəsi iştirakçısı” statusumuzu ala bilməmişik” - NARAZILIQ VAR...

reklam

“Hüquqlarımız pozulub, “Vətən müharibəsi iştirakçısı” statusumuzu ala bilməmişik” - NARAZILIQ VAR...


Aprel döyüşləri” və 44 günlük savaşda ön cəbhənin maddi-texniki təminatını həyata keçirən Yevlax sakinlərindən Prezidentə müraciət

Yevlax rayonunun 72 nəfər sakini tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Müdafiə naziri Zakir Həsənova müraciət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Cənab Nazir!

Biz, 44 Günlük Vətən Müharibəsi dövründə N saylı hərbi hissənin mülki işçiləri, komandanlığın rəsmi göstərişi ilə maddi-texniki təminat taborunun tərkibində ön cəbhədə - döyüş bölgəsində 3000-5000 nəfərlik şəxsi heyətin təminat növlərinin yerinə yetirilməsində gecə-gündüz dayanmadan iştirak etmişik. Hərbi sursatların ağır artilleriya və top mərmilərinin yüklənməsi, daşınması, döyüş nöqtələrinə boşaldılması, ərazidən yığılması, vurulmuş hərbi texnikaların yüklənməsi və təmiri, geyimlərin daşınması və yuyulması, bütün növ ərzaqların daşınaraq təminat nöqtəsinə çatdırılması, çörək bişirilməsi və sair işləri yorulmadan, usanmadan həyata keçirmişik.

Ancaq ötən dövr ərzində bizim hüquqlarımız kobud şəkildə pozulub və biz “Vətən müharibəsi iştirakçısı” statusumuzu ala bilməmişik. Baxmayaraq ki, müharibədən sonrakı ilk vaxtlarda bizim müvafiq sənədlərimiz aidiyyəti üzrə Müdafiə Nazirliyinə, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Hətta bizə veteranlar üçün ödənilən müavinata görə plastik kartlar belə, verilmişdir. Amma bizə bəlli olmayan səbəblərdən, kimlərinsə qanunsuz müdaxiləsindən sonra bizim “Vətən müharibəsi iştirakçısı” statusumuzun qarşısına xətt çəkdilər.

Belə ki, keçmiş korpus komandiri Hikmət Həsənovun vaxtında bu, təsdiqini tapsa da, sonrakı komandan Qiyas Abbasov bizə bəlli olmayan səbəblərdən buna imkan verməyib. Bu o deməkdir ki, Ali Baş Komandanın verdiyi qərarlara qarşı hörmətsizlik olunub.

N saylı hərbi hissənin komandiri İqbal Şərbətov isə bizim üzləşdiyimiz qanunsuzluğun aradan qaldırılması istiqamətində heç bir addım atmır.

Hörmətli Ali Baş Komandan!

Diqqətinizə çatdıraq ki, biz təkcə 44 Günlük Vətən Savaşında deyil, həm “Aprel döyüşləri”ndə, həm də 24 saatlıq anti-terror tədbirlərində də arxa cəbhədə tam gücümüzlə çalışmış və bütün növ təminatların çatdırılmasında iştirak etmişik. Ona görə də sizdən xahiş edirik ki, bizim pozulmuş hüquqlarımızın, yeyilmiş haqlarımızın bərpası üçün müvafiq və real addımların atılması üşün göstəriş verəsiniz.

Əvvəlcədən minnətdarlığımızı bildiririk”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




Paylaş:


Müəllif : Tarix:
29-01-2024, 17:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər