reklam
Regionxeberlericom.az » Sosial » “Zavuç”u direktor təyin edəcəyini demişdi, həbs edildi - TƏFƏRRÜAT

reklam

“Zavuç”u direktor təyin edəcəyini demişdi, həbs edildi - TƏFƏRRÜAT


Bakıda dələduzluqda və rüşvət verməyə təhrikdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Natiq Kərimovun məhkəməsi başa çatıb.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Kərimova 6 il həbs cəzası verilib. İbtidai və məhkəmə istintaqı dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs edilib.


Qeyd edək ki, N.Kərimovun əlbir olduğu bir qrup şəxslə birgə Abşeron Rayon Xırdalan Şəhərindəki orta məktəblərdən birinin direktor müavini olan qadına yalan vəd vermələri müəyyən edilib. Belə ki, özünü Təhsil Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edən N.Kərimov və qeyriləri qadının saxta olması müəyyənləşən diplomunu elektron bazaya daxil etmək və onu həmin məktəbə direktor təyin etdirmək vədi ilə ümumilikdə 98 min manat alıblar. Lakin verdikləri vədə əməl etməyiblər.


Bundan sonra Natiq Kərimov barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci (Külli miqdarda dəlləduzluq və rüşvət verməyə təhrik) maddələri ilə cinayət işi başlanılıb.




Paylaş:


Müəllif : Tarix:
30-01-2024, 09:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər