reklam
Regionxeberlericom.az » Sosial » Oqtay Şİrəliyev pulları havaya səpələmir... - İLGİNC

reklam

Oqtay Şİrəliyev pulları havaya səpələmir... - İLGİNC


Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi narkoz, narkotik və psixotrop dərman preparatlarının alınmasına dair müqavilə imzalayıb.
Ümumi məbləği 7 milyon 970,6 min manat (4 milyon 688 min ABŞ dolları) olan bu dərmanların tədarükü "Azərtibbtəchizat" MMC tərəfindən həyata keçiriləcək.

Yenisabah.az sözügedən MMC ilə bağlı araşdırma aparıb. Məlum olub ki, “Azərtibbtəchizat” MMC 2006-cı il fevralın 8-də dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı 34-dür. “Azərtibbtəchizat”ın qanuni təmsilçisi isə Rzabəyov İbrahim İdris oğludur.

İbrahim Rzabəyovun atasının adı və soyadı uzun müddət müxtəlif vəzifələrdə işləmiş, prezident təqaüdçüsü İdris Rzabəyovun adı və soyadı ilə üst-üstə düşür.

MSK-nın seçicilər siyahısında İdris Rzabəyovun qeydiyyatda olduğu ünvanda İbrahim Rzabəyovun adına da rast gəlinir. Bu, İbrahim Rzabəyovun məhz keçmiş məmur İdris Rzabəyovun oğlu olduğuna dair gümanları artırır. Həmçinin, keçmiş məmurun oğlunun Tibbi Universitetinin məzunu olması, tibb sahəsində fəaliyyəti də bu ehtimalı qətiləşdirir.

Məlumat üçün deyək ki, İdris Rzabəyov 2002-2011-ci illərdə yeni yaranan Yanacaq-Energetika Nazirliyində (Energetika Nazirliyi) Aparat rəhbəri vəzifəsinin icraçısı, Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, daha sonra nazirliyin neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib.

Yaşına görə dövlət qulluğuna xitam verilməsinə baxmayaraq, indiyədək Energetika Nazirliyində ictimai əsaslarla baş məsləhətçi-ekspert kimi fəaliyyət göstərir.

Onu da xatırladaq ki, İbrahim Rzabəyov tanınmış teleaparıcı Kamilə Babayevanın həyat yoldaşıdır.


Paylaş:


Müəllif : Tarix:
12-09-2019, 09:39
Sikayət   


loading...
Загрузка...