Sabunçuda MÜƏMMALI TORPAQ ALVERİ... - İDDİA
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin torpaq alveri bu il də şıdırğı davam etməkdədir. Sadiq oxucularımız xatırlayarlar, «Dəryaz» satira və yumor qəzeti və «Deryaz.az» saytı keçən il Adil Vəliyevin rayon ərazisində neft buruqlarının ətrafındakı torpaqları (hətta bəzi hallarda işlək buruqları sökmək hesabına), yüksək gərginlikli elektrik xəttlərinin altındakı sahələri, yaşıllıqları məhv edərək yerini, Qaraçuxur Gölünün ətrafındakı ağaclıqları qıraraq altını ucdantutma satdırmasından bəhs edən tənqidi yazılar yazdı. Redaksiyamızdan aidiyyati qurumlara, yuxarı instansiyalara giley-güzar dolu məktublar göndərildi. Lakin çifayda, Adil Vəliyevin qəsbkarlığının qarşısını alan olmadı. İndi isə məlum olur ki, icra başçısının işğalçılığının qarşısında heç Azərbaycan Ordusu da duruş gətirmir. Bəli-bəli, düz oxudunuz,Azərbaycan Ordusu!.. Keçən ilin sonu və bu ilin əvvəlinə aldığımız məlumatları dəqiqləşdirmək üçün apardığımız araşdırmalar, yerində keçirdiyimiz müşahidələr nəticəsində aşkar etdik ki, Kürdəxanı qəsəbəsində yerləşən «N» saylı hərbi hissənin həndəvərində təxminən 1 hektar ərazidə Sabunçu RİH başçısının «izn-rüsxəti» ilə tikinti işlərinə hazırlıq məqsədilə qazıntı, təməlatma gedir. O zaman bir dəryaz olaraq hərbçilərdən soruşub öyrəndik ki, yaxın ətraf ərazi həqiqətən də hərbi hissənin balansındadır. Müdsafiə Naziri general Zakir Həsənov hərbi hissənin açılşına gəlib qayıdandan sonra orada tikinti işləri sürət götürdü. Sabunçu İcra Hakimiyyətinə müraciət edib hansı əsasla həmin ərazidə tikinti işlərinə icazə verildiyini soruşduq. RİH mənsubları dedilər ki, sözügedən ərazi Abşeron rayonunun inzibati ərazisinə aiddir. İnşaat işlərini aparan fəhlələr isə əksinə, tikintinin icazəsinin məhz Sabunçu RİH-dən alındığını bildirdilər. Bu dəfə Sabunçu RİH başçısının köməkçisi Müslüm müəllimə sual etdik. O, öz növbəsində məsələni Kürdəxanı qəsəbə icra nümayəndəsi ilə araşdırmağımızı məsləhət gördü. Həmin vaxt, yəni bir ay qabaq nümayəndəliyin sədri Rafiq adlı şəxs idi. Suallarımızı cavablandıraraq bildirdi ki, deyilən ərazidə nə baş verməsindən xəbəri yoxdur, amma ora həqiqətən Abşeron rayonuna aiddir. Üz tutduq Abşeron rayon rəhbərliyinə. RiH mənsublarından öyrəndik ki, sözügedən ərazi inzibati cəhətdən Abşeron rayonuna aid olsa da, Sabunçu RİH-nin idarəçiliyindədir və tikinti işlərinə də məhz Sabunçu rayon rəhbərliyi sərəncam verə bilər. Düzünü deyək, bizim fəallığımız, ictimai rəyin obyektivini sözügedən məsələyə yönəltməyimiz tikinti işlərinin səngiməsinə səbəb oldu. Lakin bir ay ötəndən, ara bir az sakitləşən kimi həmin ərazini yenidən hasarladılar və bünövrəsi əvvəldən qoyulmuş hasarı sürətlə tikməyə başladılar. Qeyd edək ki, bu obyektin 10 metrliyində tikilən digər obyekt, iri marketə dönüşdü və artıq istifadəyə verilmə ərəfəsindədir. Bu gün də orada daha 30-40 sot sahə hasara alınıb. Sakinlərin bildirdiyinə görə tezliklə açılacaq həmin supermarket qəsəbədə məşhur adla tanınan «İLİ MARKET»in sahibinindir. Sonradan yenidən əlaqə saxladığımız başçının köməkçisi Müslüm müəllim bir daha həmin ünvanda tikinti işləri üçün Sabunçu RİH tərəfindən sərəncam verilmədiyini bildirdi. Maraqlıdır, Sabunçu RİH belə icazə sərəncamı vermirsə, icazə verməni qanunsuz sayırsa, bəs tikintinin qarşısını niyə almır? Yaxud, qarşısının alınması üçün hansı tədbirləri görməyə çalışıb? Bəlkə rayon rəhbərliyi baş verənlərə göz yummaqla gözləyir ki, tikinti başa çatsın, sonradan sənədləşdirmə işləri həyata keçirilsin? Görəsən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin, Müdafiə naziri cənab Zakir Həsənovun hərbi hissənin ərazisinin zəbt edilməsindən xəbərləri varmı? Əcəba, o həndəvərlərdə tikilib ucaldılan obyektlərin sahibləri, gələcək qonaqları yuxarıdan aşağı baxacaqları hərbi hissəni ovuclarının içi kimi görməyəcəklərmi? Kim zəmanət verə bilər ki, onlar gördüklərini faş etməyəcəklər? Axı belə hal potensial düşmənə, casusa, terrorçuya da hərbi hissəyə yaxınlaşmaq fürsəti verə bilər. Nə isə, bütün bu suallar açıqdır və tapacağımız təqdirdə cavablarını oxucularımızla bölüşəcəyik
Paylaş:
Müəllif : Yazar
Tarix:12-09-2019, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-09-2019, 10:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01