"Azər Rəşidoğlunun nədən Etibar bəyə kinli olduğunun səbəbini bilirəm" - QALMAQAL
"AMİP-in fəxri lideri Etibar Məmmədov haqqında mətbutada nəsə deyiləndə bir qrup adamlar dərhal hərəkətə keçərək, şər böhtan və qaralama kampaniyasının hərəkətverici qüvvəsinə çevrilirlər".
regionxeberlericom.az bildirir ki, bu sözləri Sherg.az-a Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu, siyasi şərhçi Azər Rəşidoğlunun Etibar Məmmədovla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, A.Rəşidoğlu dünən Sherg.az-a E.Məmmədovun siyasətə qayıtması məsələsini şərh edərkən deyib ki, "Etibar Məmmədov siyasi keçmişdir, inanmıram ki, biznesini atıb siyasətə dönə". Həmçinin Rəşidoğlu AMİP liderinin siyasi arenaya qayıdarsa da, uğursuzluqla üzləşəcəyini bildirib.
Ə.Oruclu isə buna cavabında qeyd edir ki, E.Məmmədovun xeyli müddətdir aktiv siyasətə qayıdacağı ilə mediada və sosial şəbəkələrdə diskusiyaların aparılması və hətta gündəmi zəbt etməsi yenidən bu adamları əl-ayağa salıb:
"Mənim Azər Rəşidoğluna bir yazar kimi hörmətim var. Lakin Azər bəyin də xırda hisslərin güdazına gedərək, hay-küyçülərin ön cərgələrdəki yerini indakarcasına qorumasından təəssüf edirəm. Onun diqqətinə çatdırmaq istəyirəm ki, Etibar bəyin aktiv siyasətə gələcəyi xalqın və günün tələbidir. Sosial-siyasi sifarişdir. Siz də xırda-para hisslərinizdən, aludə olduğunuz qərəzinidən əl çəkib xalqın istək və tələbinin yanında olun. Mən Azər bəyin nədən Etibar bəyə bunca qızğın və kinli olduğunun əsil səbəblərini yaxşı bilirəm. Amma hörmət əlaməti olaraq açıqlanmasını istəmirəm. O, 1999-cu ildə "Millət" qəzetində çalışıb. Maraqlı şərhlərlə yazılarla çıxış edib. Azərbaycan mediasında da tanınan simalardandır. İstəməzdim ki, belə birisi şəxsi qərəzlik sindromundan uzun müddət əziyyət çəksin. "Şərq" qəzetində E.Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı gedən müzakirələrə Azər Rəşidoğlunun bildirdiyi münasibətində də bu sindrom özünü açıq-aydın biruzə verdi".
Paylaş:
Müəllif : Yazar
Tarix:12-09-2019, 17:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-09-2019, 17:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56
Qanunlara əməl olunarsa, əmək fəaliyyəti ilə məşğul olmaq istəyən və belə hüququ olan heç bir əlil işsiz qalmaz.
13-11-2024, 10:54
Özünü yaşadığı evdə başından vuran 17 yaşlı gənc MƏMUR ÖVLADIDIR - Görün kimin oğludur + FOTO
13-11-2024, 09:55