Sabahdan iki rayonda qaz kəsiləcək
Fevralın 29-dan “Lək 1-ci xətt”, “Zərdab”, “Ucar Pambıq emalı zavodu” və “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, bu SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədilə yeni çəkilmiş diametri 325 mm-lik yüksək təzyiqli qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə əlaqədardır.
Qeyd olunub ki, qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.
“Həmçinin “Ucar” qaz ölçü qovşağından qidalanan Ucar şəhərini və rayonun 20 kəndini təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində müxtəlif diametrli qaz xətlərində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi və qaz tənzimləyici qurğuların baypas xətləri üzərində olan siyirtmələrinin təmiri ilə bağlı, 29 fevral 2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Zərdab və Ucar rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-02-2024, 18:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər