reklam
Regionxeberlericom.az » Sosial » “Məktəbdə cinsi qısnama iddiası haqda heç bir sübut olmadı”

reklam

“Məktəbdə cinsi qısnama iddiası haqda heç bir sübut olmadı”


“6 nömrəli tam orta məktəbdə ikinci sinifdə oxuyan şagirdin valideyni iddia edirdi ki, 13 yaşlı uşaq onu cinsi qısnamaya məruz qoyub. Bu məsələ ilə bağlı işlər aparıldı və nəticədə heç bir sübut olmadı".

Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. 

O qeyd edib ki, qanun hər şeydən üstündür. Əgər kiminsə emosiyaları varsa, onu məktəbdən, təhsildən çıxmamalıdır. 

Nazir həmçinin valideynlərə övladları barədə məktəbə vaxtında məlumat vermələrini, 2-3 ay gözləməmələrini tövsiyə edib: “Həmçinin Şüvəlandakı hadisə məktəbdə baş verməyib. Hazırda məsələni polis araşdırır, biz hamımız nəticəni gözləyirik.

Gəncədə baş verən hadisə zamanı da məktəb kontingentinə aid olmayan şəxs məktəbli olmadığına görə təhsil müəssisəsinə buraxılmayıb. Yeniyetmələr arasında belə cinayət əməllərinə görə qanunvericiliyə uyğun iş aparılır”.

Nazir həmçinin əlavə edib ki, müəllimlərə qarşı yersiz təzyiqlər yolverilməzdir: “Nazirlik olaraq bu, bizim mövqeyimizdir”.

Gülnar Əliyeva




Paylaş:


Müəllif : Tarix:
29-02-2024, 15:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər