Göyçayda qurumuş çinar ağacları insanların həyatı üçün təhlükə yaradır-VİDEO
Göyçay şəhərində qurumuş çinar ağacı insanların həyatı üçün real təhlükə mənbəyidir. Rayonun Nizami küçəsində yerləşən hündür çinar ağacının gövdəsi tamamilə qurumuş vəziyyətdədir. Onun hündür olması və yaxınlıqda avtomobillərin eləcə də piyadaların aktiv sayda hərəkət etməsi baş verə biləcək bədbəxt hadisənin miqyasını artırır. Xatırladaq ki, 5 il öncə - 20 mart 2019-cu ildə Göyçay sakini, 1996-cı il təvəllüdlü Kərimov Akif Asif oğlu yol kənarında piyada səkisində hərəkət edərkən irigövdəli çinar ağacının qurumuş budaqlarından birinin qəflətən qoparaq onun başına düşməsi nəticəsində ağır kəllə-beyin travması almışdır. Hadisə nəticəsində o çoxlu qan itirməsindən dünyasını dəyişmişdir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən cavab verildi ki, ağacların kəsilməsi və ya köçürülməsi elə də asan məsələ deyil. Nazirliyin məlumatına görə, cavabdeh qurumlar isə birbaşa olaraq bələdiyyələr və yerli icra hakimiyyətləridir. “Onlar mütəmadi olaraq araşdırma aparmalı və belə ağaclar barədə nazirliyə məlumat verməlidirlər. Bundan sonra nazirlik əməkdaşlarını ağacın yerləşdiyi əraziyə göndərməli, əvəzinə yenisinin əkilməsi şərti ilə mövcud ağacın kəsilməsi və yaxud köçürülməsi barədə rəy verilməlidir. Sonda qərarın icrası üçün müvafiq rayonun Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilməlidir”- deyə qeyd olundu. Ümid edirik ki, hər anı ölüm və təhlükə işində yaşayan sakinlər bu cür qurumuş ağacların təhlükəsizlik üçün kəsilməsi və problemin aradan qalxması üçün illərlə gözləməli olmazlar.
Davud Tarverdiyev
Paylaş:
Müəllif : Fuad
Tarix:6-03-2024, 10:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər