reklam
Regionxeberlericom.az » Sosial » Şəkidə Şəhid anası kimlərdən GİLEY EDİR? - MÜRACİƏT

reklam

Şəkidə Şəhid anası kimlərdən GİLEY EDİR? - MÜRACİƏT









Şəki rayonun Aşağı Göynük kəndində yaşayan şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlayıb. Müraciədə deyilir:

"Bir daha xatırladım ki,  Şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün - 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.

Bildirim  ki, Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-ci, ümumidə isə 40-cı olmuşdur. Amma nə olsun. 13 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır. Amma bu siyahıda yer alan şəhid ailələrinin məndən sonra, yəni 2012-ci ildən sonra növbəyə duranların  əksəriyyəti evlə təmin edilmişdir. Cənab Prezident! Sizin  2014-cü il tarixli Sərəncamında da qeyd edilir ki, qalan şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və təmin olunsunlar. Amma 1-ci Qarabağ Müharibəsində oğullarını itirmiş biz şəhid anaları bunu görmürük. 

26 avqust 2023-cü il tarixli müraciətimə cavab olaraq 08 sentyabr 2023-cü ildə yenə də Şəki İH-nin müavini, qohumumuz sayılan Həsən Həsənov əvvəlki kimi təkrar cavab yazıb ki, «2028-ci ilə kimi növbəlilik əsasında siz mənzillə təmin olunacaqsınız.»   Elə ƏƏSMN-yi də belə formal cavab verməklə işlərini bitmiş hesab edirlər.

Bu yalana arayış olaraq qeyd edim ki, oğlum Həziyə bir şəhid qardaşı kimi Şəki-Qax yolunun 18-ci km-də 10 sot torpaq sahəsi həyətyanı torpaq kimi 2013-cü ildən yerli bələdiyyə tərəfindən rəsmən verilmişdir. Torpağın çıxarışı da var. Hazırda yaşadığım 28 kv m sahəsi olan yarasız evimin həyəti də 1 ha həyətyanı sahəsi var. Rəsmilər gəlib evə də həyətə son 5 il ərzində  90 dəfə baxıb fotolar çəkib gediblər mümkündür. Yəni rəsmi orqanların dedikləri yalandır. Onlar sadəcə mənimlə -çoxuşaqlı şəhid anası ilə ( ailədə 10 nəfər olmuşuq) utanmazcasına prinsip aparırlar. Vəssəlam. Belə prinsip nə kişiyə, nə insanlığa, nə də müsəlmana yaraşan bir hərəkət deyil. 

Cənab Prezident Siz öz rəsmi çıxışlarınızda və son dəfə də 7 fevral president seçkilərindən sonrakı rəsmi çıxışlarınızda bildirisiniz ki, 2025-ci ilədək bütün şəhid ailələri mənzillə təmin olunacaqlar. Amma Sizin yerli və nazirliyin səbatsız, süründürməçi məmurlarınız mənə rəsmi məktub göndərib yazırlar ki, 2028-ci ilədək Sizə mənzil növbənizə uyğun olaraq evlə təmin olunacaqsınız. Bu süründürməçilər sadəcə mənə həqarət edirlər. Və yaşımın ( 75 yaş) bu vaxtında bu bürokrat cavabla mənə utanmazcasına bildirilər ki, «SƏN MƏNZİL ALACAĞIN GÜNÜ GÖRMƏYƏCƏKSƏN!»

13-cü ildir ki, rəsmi növbə ilə gözləyirəm. Növbəyə duranda şəhid ailələri arasında 11-ci idim. Yada salım ki, 2020-ci ildə 22 ev və mənzil rayonumuzda tikilib şəhid ailələrinə verildi. ƏƏSMN nazirliyinin məsuliyyətsiz məmurları isə  hər dəfə məni ələ salmaqla məşğuldur. 

Əgər dövlətimiz çox düzgün olaraq şəhid ailələrinin mənzillə təmin olunması üçün bu qədər vəsait xərcləyirsə, o zaman yerli məmurlar niyə mənə 2028-ci ili gözləməyimi məsləhət görürlər?

Cənab Prezident mən bu süründürməçilikdən bezərək 18 sentyabr 2023-cü ildə məni şəxsən qəbul etməyiniz barədə teleqram vurmuşam. Bundan sonra 08 oktyabrda və 04 noyabrda yenə təkrar olaraq Sizə məni şəxsən qəbul etməyinizlə bağlı teleqramlar vurdum. Ola bilsin ki, bu  teleqramların heç biri şəxsən  Sizə çatdırmayıblar. Sizdən çox xahiş edirəm mənim 13 il gözlədiyim mənzil problemimin həll edilməsini şəxsi nəzarətinizə götürəsiniz..."

(Dia.az)




Paylaş:


Müəllif : Tarix:
25-03-2024, 15:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər