Şikayətçi vətəndaş Prezidentə MÜRACİƏT ETDİ - MƏTN
Bir müddət əvvəl Azərbaycanın 35 tanınmış ziyalısı adından ölkə rəhbərliyinə müraciət ünvanlanmışdı.
Həmin müraciətdə ziyalılar məhkəmədə haqsızlıq olduğunu bildirib, bu haqsızlıqla üzləşən Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdilər.
Daha sonra ziyalıların müdafiə etdiyi Ağayev Sakin Abdulhüseyin oğlu bu dəfə özü Prezident İlham Əliyevə saytımız vasitəsilə müraciət etmişdi. Ona qarşı haqsızlıq olduğunu iddia edən vətəndaş bu dəfə də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə açıq məktub ünvanlamışdı.
İndi isə şikayətçi ölkə başçısı İlham Əliyevə müraciət edib.
regionxeberlericom.az modern.az-a istinadən həmin məktubu olduğu kimi təqdim edir.
Hörmətli Möhtərəm Prezident!
Biz bundan əvvəl də çoxsaylı müraciətlərmizlə Sizi öz doğma yurdumuzda ailəmizin başına gətirilən müsibətlər, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlunun İbrahimov Fikrət Vəli oğlu adlı bir fırıldaqçının sifarişi ilə ölkə qanunlarını kobud surətdə tapdalayaraq (aidiyyat prinsipini pozaraq iddiaçı və cavabdehlərin heç birinə aidiyyatı olmayan məhkəmədə, heç bir əsası olmayan iddia əsasında gizli şəkildə qurama məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan «müqaviləyə» hüquqi sənəd kimi istinad etməklə) mənə və ailə üzvlərimə qarşı çıxardığı qanunsuz Qətnamə və müvafiq dövlət qurumlarına etdiyimiz çoxsaylı müraciətlərə baxmayaraq hələ də bu qanunsuzluqların aradan qaldırılmaması barəsində məlumatlandıraraq ədalətin bərpa olunmasına yardım etməyinizi xahiş etmişik. Ailəmizin başına gətirilən bu faciədən xəbər tutan Azərbaycanın 35 tanınmış ziyalısı da əlavə olaraq 12 iyun 2019-cu il tarixdə Sizə müraciət edərək, qanunlarmızın bu dərəcədə ayaq altına atılmasına imkan verməməyinizi və bizim pozulmuş hüquqlarmızın bərpa edilməsinə yardım etməyinizi xahiş etmişlər. Bütün bu müraciətlər və həmçinin bu qanunsuzluqları və saxtakarlıqları təstiq edən sübutlar rəsmi poçt vasitəsi ilə Sizə göndərilmiş və kütləvi informasiya vasitələrində yayımlanmışdır. Əlavə olaraq mən 10 iyul 2019-cu il tarixdə və təkrar olaraq altıncı dəfə 16 iyul 2019-cu il tarixdə Sizə müraciət edərək mənim və ailə üzvlərimin pozulmuş konstitusiya hüquqlarmızın bərpa edilməsinə yardım etməyinizi və məni qəbul etməyinizi xahiş etmişəm. Lakin hətta bu müraciətlərdən sonra da mənə ailə üzvlərimə qarşı törədilən qanunsuzluqların bu günə qədər aradan qaldırılmaması və ədalətin bərpa edilməməsi faktı məni Sizin hələ də bu biabırçılıqlardan xəbər tutmamağınız qənaətinə gətirərək təkrar olaraq müraciət etmək məcburiyyətində saxlayır.
Bir də nəzərinizə çatdırmaq istəyirəm ki, F.İbrahimovun fırıldaqçılığı Qazaxstan Respublikasında açıq məhkəmə çəkişməsində sübuta yetirilmişdir. Belə ki, F.İbrahimov etibarımızdan sui-istifadə etməklə bizi aldadaraq Qazaxstan Respublikasında həyat yoldaşım Rəhimli Vüsalə Mahmud qızına məxsus əmlakı mənimsəyərək qaçıb Azərbaycanda gizləndiyi üçün həyat yoldaşım qanunauyğun şəkildə ona dəymiş ziyanın ödənilməsinə dair məhkəməyə müraciət etmişdir. Qazaxstandakı açıq məhkəmə çəkişməsində F.İbrahimov hər bir yolla, yəni yalan ifadələr verərərək məhkəməni aldatmaqla, məhkəmə hakimlərini ələ almaqla və öz ləyaqətinə uyğun digər çirkin yollarla cavabdehlikdən qaçmağa çalışsa da, buna nail ola bilməmiş və məhkəmə F.İbrahimovun həqiqətən fırıldaq yolu ilə V.Rəhimliyə küllü miqdarda ziyan vurması faktını müəyyənləşdirilərək ona dəyən ziyanın F.İbrahimovdan tutulub ödənilməsinə dair müafiq Qətnamə qəbul etmişdir.
Lakin F.İbrahimov Qazaxstan Məhkəməsinin qərarı ilə sözügedən borcun tutulub V.Rəhimliyə ödənməsi barədə məhkəmə çəkişməsində uduzacağını hiss edən kimi, qanuni məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün növbəti fırıldaqlara və saxtakarlıqlara əl atmaq qərarına gəlir və öz çirkin niyyətini həyata keçirmək üçün o nəyin bahasına olursa olsun ilk növbədə özü kimi birisini, yəni pula görə hər şeyi, hətta vicdanını belə satmağa hazır olan, bu qanunsuzluqları həyata keçirməyi üzərinə götürən bir məhkəmə hakimi tapmaq qərarına gəlir. Bu məqsədlə o, həmin vaxt Pirallahı rayon məhkəməsində hakimlik edən tanışı Ə.Qəhrəmanov ilə cinayət əlaqəsinə girərək mənə və ailə üzvlərimə qarşı tərəflərin heç birinə (yəni nə mənə, nə mənim ailə üzvlərimə, nə də bu fırıldaqçı Fikrət İbrahimovun özünə) aidiyyatı olmayan Pirallahı rayon məhkəməsində saxta məhkəmə prosesi açmaq barəsində sövdələşirlər. İşə məhz Ə.Qəhrəmanovun olduğu Pirallahı rayon məhkəməsində baxılmasını əsaslandırmaq üçün Ə.Qəhrəmanov F.İbrahimova cavabdeh qismində Pirallahı rayonunda qeydiyyatda olduğunu güman etdiyi daha bir nəfəri - tanımadığımız Novruzov Abuzər Novruz oğlu adında birini də qoşmağı tövsiyə edir. A.Novruzov iddia ərizəsinə guya “İddiaçıya cavabdehin telefon nömrəsini verdiyinə görə” adı ilə əlavə edilsə də iddiaçı tərəfindən ona qarşı hər hansı bir tələb yönəldilməmiş və məhkəmə tərəfindən onun məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Yəni, iddianın inzibati-iqtisad məhkəməsində deyil, məhz Pirallahı rayon məhkəməsində baxılması üçün iddia ərizəsində formal olaraq cavabdeh qismində göstərilən A.Novruzov da heç Pirallahı rayonunda qeydiyyatda deyilmiş. Sonrakı araşdırmalarda isə A.Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığını Pirallahı rayon Polis idarəsinə təqdim etdiyi izahatda göstərmişdir. A.Novruzovun heç bu fırıldaqçı F.İbrahimovla da tanışlığının olmaması isə iddia ərizəsinə onun adının məhz hakim Ə.Qəhrəmanovun tövsiyəsi ilə salınması faktını bir daha sübut edir ki, bu da məhkəmə hakimi adını daşıyan birisinin fırıldaqçı ilə cinayət əlaqəsinə girməyi və ona ortaqlıq etməsini təsdiqləyir. Hüquqşünaslar daxil olmaqla iş materialları ilə tanış olan hər bir kəs, ölkəmizdə hakimlər tərəfindən edilən bir çox ədalətsizliklərlə rastlaşdıqlarını, lakin bu işdə məhkəmə hakimi tərəfindən bu dərəcədə açıq-aşkar törədilən saxtakarlıqlar, qanunsuzluqlar və özbaşınalıqlarla ilk dəfə rastaşdıqlarını qeyd edirlər.
Görəsən bir fırıldaqçının əlində alətə çevrilmiş və öz şəxsi maraqları naminə hər bir əksikliyə razı olan və ədalət hakimi adını daşıyan bu Ə.Qəhrəmanov nəyə arxalanaraq bu cür saxtakarlıqlara imza atıb qanunları belə aşkarcasına ayaq altına atır? Bəs bu saxtakarlıqlar açıq-aydın ortalıqda olduğu halda nə üçün ölkəmiz adına ləkə gətirən bu qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılır? Nəyə görə yuxarı məhkəmə instansiyalarının çoxsaylı hakimləri, o cümlədən Ə.Qəhrəmanovun saxta qətnaməsini öz qüvvəsində saxlayan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası və Ali Məhkəmə Mülki Kollegiyası hakimləri və həmçinin Qazaxstan Respublikası Manqistau Vilayət Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsinə heç bir hüquqi əsas gətirmədən imtina edən Ali Məhkəmə Mülki Kollegiyasının hakimləri bu fırıldaqçı F.İbrahimovun öz çirkin əməllərinin həyata keçməsinə yardımçı olmaqla özlərini bu çirkaba batırırlar? Bu hakimlərin hamısının Ə.Qəhrəmanov kimi fırıldaqçı F.İbrahimovun əlində alətə çevrilməsinə, öz şəxsi maraqları naminə hər bir əksikliyə razı olmaqlarına inanmaq çətindir. Çox güman ki, həmin hakimlərə bu fırıldaqçıya havadarlıq edən hansısa yüksək vəzifəli bir dövlət məmuru təsir edir! Belə olan təqdirdə anlamaq çətindir, bütün bunlar ölkə maraqlarını hər şeydən üstün tutmağa borclu olan dövlət məmurunun nəyinə gərəkdir? Nəyə görə həmin məmur heç bir əsas olmadan sadə ölkə vətandaşlarına qarşı bu dərəcədə amansız zülm edilməsinə, F.İbrahimov kimi bir fırıldaqçıya öz çirkin əməllərini həyata keçirməyə, çirkaba, saxtakarlıqlara və qanunsuzluqlara havadarlıq edir, öz imkanlarından beynəlxalq norma və qanunları pozmaqla ölkəmizin nüfuzuna xələl gətirən hallara yardım etmək üçün istifadə edir?
Axı hər şeyin bir adı olmalıdır! Birtərəfli qaydada imzalanan kağız parçasına necə «müqavilə» adı ilə hüquqi sənəd kimi istinad edilə bilər? Hətta belə bir müqavilə mövcud olsaydı belə tərəflər hüquqi şəxs olduqları üçün qanunla bu işə ancaq inzibati-iqtisad məhkəməsində baxılması tələb olunduğu halda, hansı əsasla bu işə Pirallahı rayon məhkəməsində baxılır? Müqavilə adlandırılan bu saxta kağız parçasına əsasən iki hüquqi şəxs arasındakı mübahisəni araşdıran rayon məhkəməsi hansı əsasla fiziki şəxslərə qarşı qərar qəbul edir? İddiaçı və cavabdehlərin heç birinin Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı halda Pirallahı rayon məhkəməsi bu işi necə icraata qəbul edir? Məhkəmə tərəfindən aidiyyat prinsipi bu cür açıq-aşkar pozulursa, həmin məhkəmənin çıxardığı bu saxta qətnamə nə əsasla leqallaşdırılaraq icraya yönəldilir? Məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq edilmədən gizli şəkildə aparılan bu qurama işi necə məhkəmə çəkişməsi adlandırmaq olar? “İddiaçıya guya cavabdehin telefon nömrəsini verdiyi üçün” iddia ərizəsində cavabdeh qismində göstərilmiş A.Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığı barədə Pirallahı RPİ verdiyi izahatının ortalıqda olduğu halda niyə bu saxtakarlıqlara son qoyularaq ədalət bərqərar olunmur? Niyə məhkəmə prosesi cavabdehlərin heç birini məhkəmədə iştirakı təmin edilmədən gizlin şəkildə keçirilir? Niyə Ali Məhkəmə tərəfindən bu biabırçılıqlara göz yumulur? Niyə Ali Məhkəmə rəhbərliyi bu qanunsuz qətnaməni müdafiə edir və bu işin Ali Məhkəmənin Plenumuna çıxarılması məsələsini aylarla uzadır?
Məhkəmə hakimi adını daşıyan Ə.Qəhramanovun çıxartdığı qətnamənin məntiqinə görə istənilən adam heç bir əsas olmadan digər şəxsə və ya şəxslərə qarşı aidiyyatından asılı olmayaraq istənilən məhkəmədə istənilən məbləğdə iddia qaldıra bilər və məhkəmə aidiyyat prinsipinin pozulmasına məhəl qoymayaraq, tərəflərə hər hansı bir xəbardarlıq edilmədən gizli məhkəmə keçirərək cavabdehlərə qarşı istənilən məbləğdə cərimə tədbiq edə bilər! Buna nə ad vermək olar? Məgər hüququn və qanunların bu dərəcədə kobudcasına tapdalanması cinayət deyilmi? Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 295.1-ci maddəsinə əsasən hakimlərin bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarması hallarında – hakimlər üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır. Buna görə də mən 21.06.2019-cu il tarixdə məhkəməni aldatdığına və saxta sənəd təqdim etdiyinə görə İbrahimov Fikrət Vəli oğlu və bilə-bilə ədalətsiz qətnamə çıxartdığına görə Pirallahı Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu barəsində cinayət işinin başlanmasına dair Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova şikayət ərizəsi ilə müraciət etmişəm. Belə olan təqdirdə, niyə əməllərində açıq-aydın cinayət tərkibi olan bu şəxslər barəsində bu günə qədər bir ölçü götürülməyib?
Bəzən bizdə elə bir təəsürat yaranır ki, sanki Ali Məhkəmə rəhbərliyi daxil olmaqla bütün məhkəmə hakimləri, məhkəmə icraçıları və digər hüquq-mühafizə orqanlarının işçiləri bu fırıldaqçı və onun əlində əlatə çevirilmiş rüşvətxor hakimin çirkin maraqlarını qorumağa səy göstərirlər! Axı nəyə görə F.İbrahimov kimi fırıldaqçıların və belələrinə ortaqlıq edən rüşvətxor məhkəmə hakimlərinin çirkin maraqları ölkə qanunlarından üstün tutulmalıdır? Niyə belə fırıldaqçı və rüşvətxorların çirkin maraqları naminə beynəlxalq aləmdə ölkəmizin nüfuzuna xələl gətirilməlidir?
Acınacaqlı hallardan biri də odur ki, Ali Məhkəmə rəhbərliyi ölkə daxilində qəbul edilmiş qanunsuz qətnaməni qüvvəsində saxlamaqla yanaşı, bu fırıldaqçı F.İbrahimovun çirkin maraqları naminə başqa bir beynəlxalq konvensiyanı da pozur. Qazaxstan və Azərbaycan respublikaları arasında bağlanmış hüquqi yardım haqqında müqavilənin tələblərinə zidd olaraq İbrahimov Fikrət Vəli oğlunun Rəhimli Vüsalə Mahmud qızına borcunu təsdiqləyən Qazaxıstan Respublikası Manqistau Vilayət Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qanuni Qətnaməsini tanımalı olduğu halda, Ali Məhkəmə tərəfindən bu Qətnamə əsassız və qanunsuz olaraq təftiş edilir və tanınmasından heç bir hüquqi əsas göstərilmədən imtina edilir. Yəni göründüyü kimi Ali Məhkəmə rəhbərliyi tərəfindən fırıldaqçı F.İbrahimovun çirkin maraqları nəinki Azərbaycan qanunlarından, hətta beynəlxalq hüquq və normalarından da üstün tutulur. Axı nəyə görə bir fırıldaqçının çirkin maraqları naminə Ali Məhkəmə beynəlxalq konvensiya qanunlarını pozaraq beynəlxalq aləmdə ölkə nüfüzuna bu qədər xələl gətirməlidir?
Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, AR Konstitusiya Məhkəməsi Qazaxstan Respublikası Məhkəməsi Qətnaməsinin tanınması ilə bağlı AR Ali Məhkəməsinin qanunsuz qərarından hələ bu ilin yanvar ayında verdiyimiz şikayəti icraata götürsə də, bu günə qədər Ali Məhkəmə tərəfindən pozulmuş beynəlxalq konvensiya normaları və bizim konstitusiya hüquqlarımız bərpa edilməmiş və bu qanunsuzluqlara da son qoyulmamışdır. Bu fakt isə bizi çox narahat edir və ona görə həmin məsələnin tezliklə həll olunması üçündə bizə köməklik göstərməyi Sizdən xahiş etməyə məcbur qalmışıq.
Hörmətli Möhtərəm Prezident!
Artıq bir ilə yaxındır ki, bu fırıldaqçı F.İbrahimovun sifarişi ilə məhkəmələr tərəfindən mənim və ailə üzvlərimin başına olmazın faciələr gətirilir. Bu saxta məhkəmə qətnaməsi icraya yönəldilərək bizə zülm edilir, borclu kimi ölkə hüdudlarından kənara çıxmağa qadağalar tədbiq olunur. Niyə öz vətəndaşlarımıza, indiyə qədər heç kimin haqqına girməyən, illər boyu öz xalqına və ölkəsinə vicdanla qulluq edən, millətini, dövlətini sevərək onları ölkə hüdudlarından kənarda da layiqincə tərənnüm edən bir ziyalıya, elmlər doktoru və iş adamına, və həmçinin onun ailəsinə qarşı bu qədər haqsızlıqlar törədilməlidir? Bir fırıldaqçının sifarişi ilə heç bir günahı olmayan insanlara qarşı bu qədər haqsızlıqların törədilməsinə biganə qalmaq mümkündürmü?
Biz başqa bir şey istəmirik, ancaq öz konstitusiya hüquqlarımızın bərpa olunmasını, bu işin qanuna uyğun şəkildə Ali Məhkəmə Plenumuna çıxarılıb baxılmasını və ədalətli qərar qəbul edilməsini istəyirik! Yuxarıda göstərilənləri nəzərə alaraq artıq yeddinci dəfə təkrar olaraq Sizə müraciət edərək bu işə müdaxilə etməyinizi, bizim hüquqlarımızın və qanunların bu dərəcədə tapdanmasına imkan verməməyinizi, əməllərində açıq-aydın cinayət tərkibi olan şəxslər barəsində ölçü götürülməsinə göstəriş verməyinizi xahiş edir və yenə də Sizdən imdad diləyirik!
Hörmətlə,
Ağayev Sakin Abdulhüseyn oğlu
Əlaqə telefonu: 012 490 29 13, mob. 050 213 13 04.
Ünvan: Bakı şəh., İnşaatçılar pr-ti, ev 4a, mənzil 41.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-09-2019, 17:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-09-2019, 17:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24