reklam
Regionxeberlericom.az » Sosial » Qazi Hüseynin müalicəsi ilə bağlı - Açıqlama

reklam

Qazi Hüseynin müalicəsi ilə bağlı - Açıqlama


Vətən müharibəsi qazisi Mustafayev Hüseyn İlham oğlunun 3 il keçməsinə baxmayaraq, hələ də sağlamlığına qovuşmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Onun müalicəsinin diqqətdənkənar qalması ilə bağlı iddialar səsləndirilib.

Regionxeberlericom.az bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı “YAŞAT” fonduna sorğu ünvanlayıb. 

Qurumdan saytımıza bildirilib ki, qazinin səhhəti və müalicəsilə bağlı bütün məsələlər Fondun nəzarətindədir və bu xərclər Fond tərəfindən ödənilir:

“O, 2021-ci ilin mart ayının 3-də xüsusi olaraq onun üçün gətizdirilən ambulans təyyarə ilə Türkiyəyə göndərilib və 2021-ci ilin 4 sentyabr tarixinədək müalicəsi orda davam etdirilib. 

Ailənin istəyinə əsasən ilk olaraq “Yeditepe” Xəstəxanasında, daha sonra “Anadolu Sağlıq” Mərkəzində müalicə alaraq stabil vəziyyətə gətirilib. 

Növbəti mərhələdə isə Romatem Fizioterapiya ve Reabilitasiya Mərkəzinə yerləşdirilib. Qazimizə kök hüceyrə və exasome köçürülüb və köçürülmə nəticəsində fizioloji vəziyyətində müəyyən irələyişlər əldə edilib. 

İntensiv reabilitasiya prosesi keçib. Ölkə xaricindəki müalicə və zəruri xərcləri üçün 272 081.60 AZN  vəsait Fond tərəfindən qarşılanıb. 

2021-ci ilin 27 noyabr tarixində Türkiyədən gələn həkim tərəfindən qazimiz yenidən müayinə edilib və lazımi tibbi müdaxilə edilib. 

Türkiyəli həkim tərəfindən verilən rəyə əsasən qazimizin hazırda hər hansı bir cərrahi müdaxiləyə ehtiyacı yoxdur. Qazimiz baxım xəstəsidir. Gələcəkdə səhhəti ilə bağlı irəliləyiş yarandığı təqdirdə, həkim müdaxiləsi edilə bilər. 

İsrail dövlətinin hərbi xəsarətlər üzrə ixtisaslaşmış ən böyük sağlamlıq mərkəzi olan “Sheba Medical Center” xəstəxanasının həkim və mütəxəssislərindən ibarət heyət də eynən türkiyəli mütəxəssislərin rəyində qeyd olunduğu kimi hər hansı cərrahi müdaxiləyə ehtiyac olmadığını bildiriblər. 

Fond tərəfindən başqa xarici ölkələrin mütəxəssisləri ilə əlaqələr qurulub, danışıqlar aparılıb. Ailənin istəyilə Hüseyn Mustafayev Rusiyadan ölkəmizə gələn həkim tərəfindən müayinə olunub, prosedur tətbiq olunub və dərman müalicəsi yazılıb. Lakin həkimin müalicəsi effekt verməyib. 

Nəzərinizə çatdıraq ki, “YAŞAT” Fondu tərəfindən qazimizin müalicə xərclərinin qarşılanması və dərman vasitələrinin alınması üçün 314 161.91 AZN, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində isə 5 000 AZN vəsait olmaqla bugünədək ümumilikdə 319 161.91 AZN vəsait xərclənib”.





Paylaş:


Müəllif : Tarix:
27-04-2024, 15:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər