Makron Yeni Kaledoniyada səfərdədir
Fransa Prezidenti Emmanuel Makron ölkənin dənizaşırı ərazisi olan Yeni Kaledoniyaya səfər edib.
Bu barədə məlumatı “Le Figaro” qəzeti yayıb.
Makronun sözlərinə görə, səfərində məqsəd ərazidə sabitliyin və təhlükəsizliyin yenidən təmin olunmasıdır.
O, həmçinin qeyd edib ki, bu yaxınlarda Yeni Kaledoniyada baş verən iğtişaşlara görə əraziyə göndərilən hüquq-mühafizə orqanlarının təqribən 3000 əməkdaşı hələ orada qalacaqlar: “Onlar nə qədər lazımdır, o qədər, hətta Olimpiya oyunları zamanı da orada qalacaqlar”.
Fransa lideri Yeni Kaledoniyaya daxili işlər, müdafiə və dənizaşırı ərazilər üzrə nazirləri ilə birgə səfər edib.
Qeyd edək ki, mayın 13-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində müstəqillik tərəfdarları tərəfindən təşkil edilən dinc nümayişlər iğtişaşlara çevrilib, yüzlərlə mağaza və sosial müəssisələr qarət edilib və yandırılıb. Hadisələr zamanı yüzlərlə şəxs xəsarət alıb. Aksiyalar adanın yerli əhalisi olan kanaklar tərəfindən təşkil edilib. Belə ki, kanaklar Parisdə konstitusiyaya dəyişikliklər qəbul edilərsə, azlıqda qalacaqlarından ehtiyat edirlər. Sözügedən dəyişikliyə əsasən isə, adada səsvermə hüququna son 20 ildə Yeni Kaledoniyada yerləşən avropalılar sahib olacaq.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-05-2024, 09:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər