Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycanla əməkdaşlığa maraq göstərir. Adıçəkilən təşkilatın baş katibi Stanislav Zasın Bakıya son səfəri və apardığı müzakirələr bu istiqamətdə müzakirələrin aparıldığını göstərir.
Qeyd edək ki, son günlər Azərbaycanın KTMT-yə müşahidəçi və ya tərəfdaş qismində daxil olacağı barədə yayılan məlumatlar Ermənistanda narahatlıqla qarşılanıb. Rəsmi İrəvan Azərbaycanın KTMT-yə qoşulmasına mane olmaq üçün veto hüququndan istifadə edəcəyini bildirib.
Azərbaycan Prezident Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri Hikmət Hacıyev isə bu günlərdə sözügedən iddiaları təkzib edib: "Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansısa status almaq üçün müraciət etməyib və bu əsnada heç bir müzakirə aparılmır. Hazırda Azərbaycanın gündəliyində belə məsələ yoxdur".
"Görünür, Ermənistan tərəfinin müxtəlif səviyyələrdə fobiyası var və bu səbəbdən də Azərbaycan müraciət etməmişdən öncə fobiya və komplekslərindən irəli gələrək, bu məsələni diplomatik çərçivədən kənar qaldırmağa çalışır"-deyə Hikmət Hacıyev bildirib.
Buna baxmayaraq, S.Zasın Bakıya səfəri KTMT-nin Azərbaycanla əməkdaşlığın formasını tapmağa çalışdığını göstərir. Ancaq alyansın Azərbaycana konkret hansı əməkdaşlıq formulunu təklif etdiyi barədə heç bir məlumat yoxdur.
Politoloq Natiq Mirinin sözlərinə görə, Azərbaycanın KTMT-yə üzv olması Rusiyanın geosiyasi maraqlarına hesablanmış plandır. Ona görə də ekspert hesab edir ki, həmin alyansa qoşulmaq Azərbaycanın dövlət maraqlarına cavab vermir: “KTMT dedikdə Rusiya başa düşülür. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nüvəsi Rusiyadır. Orada qəbul olunan bütün siyasi qərarlar da Kremlin maraqlarına xidmət edir. Rusiya Azərbaycanı yalnız iqtisadi deyil, həm də hərbi cəhətdən özünün orbitində görmək istəyir. Bütövlükdə, Rusiya özünün “arxa bağçası” saydığı post-sovet ölkələrində hərbi və təhlükəsizlik məsələlərinin Moskva ilə koordinasiya edilməsinin tərəfdarıdır. Bu da Rusiyanın həmin ölkələrə nəzarət etməsi anlamına gəlir. Artur Vanesyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən istefa verməsini də bu kontekstdə dəyərləndirmək lazımdır. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana səfəri də düşünürəm ki, bu yöndə idi. Çünki bu səfərdən öncə Vanesyan Ermənistan Milli Təhlkəsizlik Xidmətinin Rusiyadan müstəqil qaydada fəaliyyət göstərdiyini bəyan etmişdi. O, bildirmişdi ki, Ermənistan təhlükəsizlik xidməti Rusiyadan daha keyfiyyətli fəaliyyət göstərir. Vanesyanın açıqlaması Rusiyanın xoşuna gəlmədi və İrəvana səfər edən Patruşev baş nazir Paşinyana öz etirazını bildirmişdi.
Patruşevin səfərindən sonra Vanesyanın istefa məsələsi gündəmə gəldi. KTMT məsələsi də Rusiyanın maraqlarını ifadə edir. Ancaq Azərbaycanın bu təklifi qəbul edib-etməməsi cavabını tapmış sual deyil. Doğrudur, rəsmi Bakı bunu təkzib edib. Azərbaycanın hazırkı situasiyada bu təşkilatın fəaliyyətində iştirak etməsi doğru deyil. Çünki balanslı xarici siyasət yürüdən və beynəlxalq güclər arasında məsafə saxlayan Azərbaycanın NATO-nun alternativi olan KTMT-yə yaxınlaşması qarşı tərəfdə müsbət qarşılana bilməz. Bu baxımdan, Qərb dünyası Azərbaycana qarşı çevriləcək. İkincisi, Azərbaycan hətta müşahidəçi statusunda olsa belə, özünün geosiyasi maraqları təmin olunduğu təqdirdə, yenidən Rusiyanın hərbi orbitinə qayıda bilər. Hazırda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı üfüqdə belə heç nə görünmür. Münaqişənin aradan qaldırılması üçün Rusiyanın Ermənistana hər hansı təzyiq göstərəcəyi hiss olunmur. Əksinə, Rusiyanın perspektivdə müasir silahların Ermənistana verilməsi istiqamətində qapalı danışıqlar gedir. Yəni Dağlıq Qarabağ probleminin həlli Rusiya üçün prioritet olmadığı təqdirdə, Azərbaycanın müşahidəçi statusunda olsa da KTMT-yə qatılması arzuolunan deyil. Bu prosesdə Azərbaycanın iştirakı ölkəmizin gələcək imkanlarını məhdudlaşdırır. Rusiya ilə eyni masada oturan Azərbaycanın geosiyasi imkanları məhdudlaşa bilər. Bu da Azərbaycana lazım deyil. Digər tərəfdən, Azərbaycanın Ermənistanla danışıqlar masasında həll edəcəyi problem qalmayıb. Nikol Paşinyan iki dəfə “Qarabağ Ermənistanındır”-deyə açıqlama verib. Hökumət başçısəı belə bir açıqlama verisə, Ermənistanla danışmağa ehtiyac varmı? Yeganə çıxış yolu Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və bu məqsədlə geosiyasi mühiti hazırlamasıdır. Rəsmi Bakı artıq bütün danışıqlardan imtina etməlidir. Çünki bu danışıqlar siyasi anlamda artıq Azərbaycana heç nə qazandırmır. Hərbi əməliyyatlar başlayacağı təqdirdə, Azərbaycana qarşı çıxacaq bütün geosiyasi, hərbi amillər, güc mərkəzləri neytrallaşdırılmalıdır. Bunun üçün ciddi diplomatik fəaliyyətə ehtiyac var. Yəni diplomatiya ilə hərbi fəaliyyət paralel yürüdülməldir. Əks təqdirdə, KTMT məsələsi siyasi bazarlıq predmeti ola bilməz. Bu yalnız, Azərbaycanın işğaldakı torpaqlarının qayıtmasına Rusiyanın təminat verdiyi təqdirdə mümkündür. Yəni hərbi əməliyyatlar başlayacağı təqdirdə, Rusiya Azərbaycana mane olmayacağına dair zəmanət verməlidir. Təəssüf ki, üfüqdə belə bir parıltı müşahidə edilmir. Ona görə də Azərbaycanın bu təşkilata qoşulmaqda maraqlı olmadığı KTMT-nin baş katibinə çatıdırılmalıdır. Çünki Rusiya Azərbaycanı öz tərəfinə çəkməklə Paşinyan hökumətinə siyasi təzyiq aləti kimi istifadə etmək istəyir. Azərbaycan da bu məsələdə Rusiyanın əlində alətə çevrilməməlidir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-09-2019, 09:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-09-2019, 09:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16