Türkiyədən Azərbaycan və Ermənistana mühüm çağırış - BƏYANAT
Türkiyə Təhlükəsizlik Şurası Bakı ilə İrəvan arasında danışıqlarda müsbət irəliləyişin sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracağını gözləyir.
Bu barədə Türkiyə Təhlükəsizlik Şurasının ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iclasının yekunları üzrə qəbul edilmiş bəyanatda deyilir.
“Biz Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülh sazişinə gətirib çıxaracağına ümid etdiyimizi bir daha vurğuladıq və davamlı sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səyləri dəstəklədik”, - deyə bəyanatda vurğulanır.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, Ankara mayın 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqların davam etdirilməsi ilə bağlı əldə olunmuş razılaşmaları alqışlayır.
Ankara dəfələrlə bəyan edib ki, Bakı ilə İrəvan arasında 2022-ci ildən müzakirə olunan sülh müqaviləsinin bağlanması Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına kömək edəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-05-2024, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər