Savaş Rusiya ərazisində davam edəcək - “Bir neçə saata başlayır”
ABŞ silahları ilə Rusiya ərazisinə ilk zərbələr bir neçə saat və ya gün ərzində başlaya bilər.
RegionXəbərləricom.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Nyu-York Tayms” Amerika rəsmilərinə istinadla məlumat yayıb.
Nəşr yazır ki, Ukraynaya verilən icazə yalnız Rusiya qüvvələrinin bu yaxınlarda yeni hücuma keçdiyi Xarkov vilayətinin müdafiəsinə aiddir. Prezident Co Baydenin məsləhətçilər və əsas müttəfiqlərinin təzyiqi altında qərar verdiyi deyilir:
“Prezident öz komandasına Ukraynanın Xarkov vilayətindən əks atəş açmaq üçün ABŞ-nin verdiyi silahlardan istifadə edə bilməsini təmin etməyi tapşırıb ki, Ukrayna ona hücum edən və ya hücuma hazırlaşan Rusiya qüvvələrini dəf edə bilsin”.
Bununla yanaşı, ABŞ rəsmilərinin Rusiya daxilinə uzaqmənzilli zərbələri qadağan etmək siyasətin dəyişmədiyini söyləyirlər. Rəsmilər siyasi dəyişikliyin dünən qüvvəyə mindiyini bildirirlər.
Nəşr qeyd edir ki, Bayden bununla özünün çəkdiyi qırmızı xətti keçir. ABŞ rəsmisi etiraf edir ki, Rusiya Xarkovdan kənarda hücumlar həyata keçirərsə, məhdudiyyətlər daha da yumşalda bilər.
“Bu yeni reallıqdır. Bəlkə də Ukrayna münaqişəsində yeni dövrdür”, - amerikalı rəsmi vurğulayır.
Ağ Evdə müzakirələr bağlı qapılar arxasında və dar çərçivədə aparılıb.
Artıq Kreml də ABŞ-nin qadağasının qismən ləğv edilməsinə təpki verib.
“Bizə məlumdur ki, artıq Rusiya ərazisinə hücum üçün ABŞ istehsalı silahlardan istifadə olunur. Bu, bizim üçün kifayətdir və bu, ABŞ-nin bu münaqişədə iştirakının dərəcəsini göstərir”, - Kremlin sözçüsü Dmitri Peskov deyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-06-2024, 00:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər