reklam
Regionxeberlericom.az » Siyasət » “Netanyahuya razılığın əldə olunmasında dəstəyimi verəcəyəm” – İsaak Hersoq

reklam

“Netanyahuya razılığın əldə olunmasında dəstəyimi verəcəyəm” – İsaak Hersoq


















İsrail Prezidenti İsaak Hersoq Baş nazir Benyamin Netanyahu və hökuməti girovların qaytarılması ilə bağlı razılığa gəlməkdə dəstəkləyəcək.

Bu barədə prezidentin sosial şəbəkə hesabında dərc olunan məlumatda deyilir.

“Prezident Baydenə çıxışına və Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan bütün girovları azad etmək üçün göstərdiyi davamlı səylərə görə təşəkkür etmək istəyirəm. Bu kontekstdə mən baş nazirə dedim ki, ona və hökumətə girovların azad edilməsinə gətirib çıxaracaq razılığın əldə olunmasında tam dəstəyimi verəcəyəm”, - məlumatda deyilir.

Xatırladaq ki, mayın 31-də Bayden İsrail və HƏMAS arasında tam atəşkəs mümkünlüyünü ehtiva edən çoxmərhələli razılaşmanın təfərrüatlarını təqdim edib. İsrail baş nazirinin ofisi izah edib ki, təklifə əsasən, İsrail daimi atəşkəs tətbiq olunana qədər öz şərtlərinin yerinə yetirilməsində israr etməyə davam edəcək.




Paylaş:


Müəllif : Tarix:
2-06-2024, 13:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər