reklam
Regionxeberlericom.az » Siyasət » TƏCİLİ: Almaniya müharibə planı HAZIRLADI

reklam

TƏCİLİ: Almaniya müharibə planı HAZIRLADI














Almaniya hökuməti müharibə vəziyyətində yeni plan hazırlayıb.

Bu barədə “BİLD” nəşri yazır.

“Ümumi Müdafiə üçün Çərçivə Direktivi” adlı yeni hərbi sənəddə hərbi münaqişə zamanı görülməli olan tədbirlər əksini tapıb.

Planda əhalinin mümkün təxliyəsi, çağırışçılar üçün məcburi xidmət və bir çox müddəalar var.

Belə ki, müharibə baş verərsə, çağırışçılar üçün məcburi xidmət bərpa olunacaq. Bu o deməkdir ki, vətəndaşlar istənilən vaxt orduya çağırıla bilərlər.

Həmçinin, plana əsasən, NATO qoşunları ölkə boyu şərq cinahda yerləşdirilməlidir, burada Bundesver qüvvələri də yerləşəcək.

Bundan əlavə, hakimiyyət şirkətləri yalnız müdafiə ehtiyacları üçün məhsul istehsal etməyə məcbur edə bilər.

Həmçinin zirzəmilər, yeraltı dayanacaqlar və metro stansiyaları əhali üçün müvəqqəti bunker kimi istifadə edilməlidir.

Bild yazır ki, müharibə olacağı təqdirdə Almaniya tədarük böhranı ilə üzləşəcək. Ona görə də Qida Nazirliyi qida paylanmasını nəzarət etməlidir.

Hökumət buğda, çovdar və yulafı gizli yerlərdə saxlayacaq. Xüsusilə şəhər mərkəzlərində əhalini gündə bir dəfə isti yeməklə təmin etmək üçün təcili düyü və ya paxlalı bitki ehtiyatı olmalıdır.

Plana görə, xəstəxanalar qəfil çoxlu sayda xəstə axınına hazır olmalıdır. Məşğulluq xidməti 18 yaşdan yuxarı vətəndaşlardan müəyyən işlərdə işləməyi tələb edə bilər: məsələn, tibb bacısı, poçt şöbəsində, çörək sexlərində və s.




Paylaş:


Müəllif : Tarix:
7-06-2024, 08:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər