Qlobal Sülh Sammiti başa çatdı
İsveçrədə 92 ölkə və 8 beynəlxalq təşkilatın iştirakı ilə baş tutan Qlobal Sülh Sammiti başa çatdı. Sammitin əsas müzakirə mövzuları nüvə və ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər olub. Ukraynada davam edən və getdikcə arealı genişlənən müharibə,Rusiyanın nüvə təhdidləri hazırda qlobal miqyasda narahatlıqlara səbəb olur. Amma maraqlıdır ki,Rusiya dövlət səviyyəsində sammitə dəvət olunmadı. Şimal qonşumuzun əsas tərəfdaşlarından sayılan Çin isə sammitdə iştirakdan imtina etdi. Bu addımı rəsmi Pekinin müttəfiqi Rusiyaya jesti kimi də qiymətləndirmək olar. Əgər sammitdə əsas niyyət sülh idisə Rusiya tərəfi mütləq dəvətlilər sırasında olmalı idi. Çünki situasiyadan asılı olmayaraq müharibənin iki tərəfi var və sülh danışıqları məhz onların iştirakı ilə baş tuta bilərdi. Deməli yaxın perspektivdə Kollektiv Qərbin sülh hədəfi yoxdur. Sammitin əsas hədəflərindən biri Ukraynaya ciddi dəstəyin ifadəsi və gələcəyə yönəlik addımların müzakirəsi oldu. Bir müddət əvvvəl ABŞ və Ukrayna arasında imzalanmış 10 illik təhlükəsizlik sazişi də müharibənin hələ uzun müddət davam edə biləcəyi ehtimalını artırır. Hələ ki,üfüqdə sülh görsənmir...
İki günlük müzakirələrin nəticəsi kimi Sammitin sonunda yekun Kommünike qəbul olundu. Burada 3 əsas məqam diqqəti cəlb edir:
1)Zaporojye AES Ukraynanın suveren nəzarəti altında fəaliyyətini davam etdirməlidir
2)Nüvə silahının tətbiqi və bu mövzuda hədələr qəbulolunmaz sayılır
3)Ərzaq təhlükəsizliyinin təmin olunması baxımından azad və təhlükəsiz gəmiçiliyin Qara və Azov dənizlərindəki limanlara çıxışının təmin olunması
İştirakçı ölkələrin mütləq əksəriyyəti yekun Kommünikeyə imza atdı. Hindistan,BƏƏ,Səudiyyə Ərəbistanı,Braziliya,CAR,Meksika kimi ölkələr isə yekun sənədi imzalamaqdan imtina etdi.
Zaporojye AES-lə bağlı narahatlıqlar və nüvə müharibəsi riskinin bu cür geniş müzakirəsi dünyanın bütövlükdə necə həssas bir dönəmdən keçdiyinin göstəricisi sayılmalıdır. Dünya nüvə müharibəsinə heç vaxt olmadığı qədər yaxındır. Az qala hərgün bununla bağlı hədələr,mətbuatda müzakirələr dərc olunur.
Bunun özü belə qorxulu perspektiv gözləntisini artırır. Bütün insanlıq və Planetimiz cəmi bir neçə siyasi liderin daxili eqosu və hikkəsinə qurban gedə bilər.
İctimai-siyasi fəal: Elvin Baxşalızadə
Paylaş:
Müəllif : Fuad
Tarix:18-06-2024, 10:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər