reklam
Regionxeberlericom.az » Siyasət » “Baydenin əvəzlənməsi xaosa səbəb olacaq” – Baydenin seçki qərargahı

reklam

“Baydenin əvəzlənməsi xaosa səbəb olacaq” – Baydenin seçki qərargahı


















“ABŞ prezident seçkilərində Co Baydenin başqa namizədlə əvəzlənməsi xaosa səbəb olacaq və Donald Trampın qələbə ehtimalını artıracaq”.

Bu barədə “Rolling Stone” jurnalı Prezidentin seçki qərargahına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Baydenin kampaniyası həftəsonu jurnalistlərə və Demokrat Partiyasının tərəfdarlarına məktub göndərib. Məktubda Demokratlar komandasının nümayəndələri səsvermə məlumatlarına istinadən qeyd ediblər ki, hazırkı Amerika liderinin dəyişdirilməsi xaosa gətirib çıxaracaq. Siyasi strateqlər əmindirlər ki, namizəd dəyişdirilərsə, digər siyasətçilərin, o cümlədən vitse-prezident Kamala Harrisin qalib gəlmək şansı Baydendən daha az olacaq:

“Bu, Donald Trampın qələbə qazanması və bizim uduzmağımız üçün mümkün olan ən yaxşı yoldur. Baydenin dəyişdirilməsi Trampı məğlub edən yeganə adamı prezidentlik yarışından kənarlaşdırmaq demək olacaq”.

Xatırladaq ki, iyunun 27-də Corciya ştatının Atlanta şəhərində ABŞ tarixində indiki və keçmiş prezidentlər arasında ilk teledebat keçirilib. CNN Baydenin çıxışının Demokratlar Partiyası sıralarında çaxnaşma yaratdığını bəyan edib, NBC bunu demokratların “kollektiv intiharı” kimi qiymətləndirib. ABŞ vitse-prezidenti Harris, Baydenin debat performansına zəif başladığını etiraf edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.




Paylaş:


Müəllif : Tarix:
1-07-2024, 18:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər