reklam
Regionxeberlericom.az » Siyasət » “Hizbullah” lideri İranın yeni prezidentini təbrik etdi

reklam

“Hizbullah” lideri İranın yeni prezidentini təbrik etdi















Livanda “Hizbullah” silahlı-siyasi hərəkatın lideri Şeyx Həsən Nəsrullah İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianı təbrik edib. 

“Report” xəbər verir ki, məlumatı İran KİV-i yayıb. 

O bildirib ki, “Hizbullah” və regiondakı bütün müqavimət hərəkatları uzun illərdir İsrail və ABŞ-nin “hegemonluq layihəsinə” qarşı açıq şəkildə mübarizə aparır: “Biz İran İslam Respublikasını həmişə müqavimət üçün güclü, sabit və daimi dayaq olaraq görmüşük”. 

Həsən Nəsrullah İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bu hərəkata başçılıq etdiyini vurğulayıb: “İmam Xameneinin rəhbərliyi altında bu yolu sizinlə birlikdə davam etdirəcəyik. Təməli qüdrətli və hörmətli İslam İranı olan yekun qələbəyə nail olacağıq”. 

Xatırladaq ki, iyulun 5-də İranda dövlət başçısı İbrahim Rəisinin ölümündən sonra təyin edilmiş növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkian ümumi səslərin 53,6 %-ni toplayaraq qalib gəlib. Mühafizəkar Səid Cəlili 44,3 % səs toplayıb. 




Paylaş:


Müəllif : Tarix:
8-07-2024, 11:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər