reklam
Regionxeberlericom.az » Siyasət » “Baydenə tribunaya gedən yolu şəkillərlə izah edirlər” – KİV

reklam

“Baydenə tribunaya gedən yolu şəkillərlə izah edirlər” – KİV


















“Ağ Ev işçiləri ABŞ Prezidenti Co Baydenə marşrutu və ictimai tədbirlərdə iştirak etmək üçün pərdə arxasından tribunaya yolu izah edən fotoşəkillər verməyə başlayıb”.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Bildirilir ki, Amerika liderinin çıxışları üçün onun administrasiyasının əməkdaşları prezidentin kürsüyə qədər dəqiq yolunu göstərən iri çaplı mətn və fotoşəkillərdən ibarət sənəd hazırlayıb.

“Axios” əlavə edib ki, nəşr hər səhifədə tədbirin keçirildiyi yerin böyük bir fotoşəkili olan, “tribunadan görünüş” və “tamaşaçılardan görünüş” başlıqlı böyük mətnlə müşayiət olunan şablonlarından birini əldə edib.

Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi nəşrə bildirib ki, tədbirlərin təşkilində yüksək təfərrüat və dəqiqlik prezidentlə ilkin iş üçün çox vacibdir. Eyni zamanda o vurğulayıb ki, ABŞ-nin başında kimin olmasından asılı olmayaraq administrasiya həmişə belə təlimlər keçirir.




Paylaş:


Müəllif : Tarix:
8-07-2024, 21:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər