reklam
Regionxeberlericom.az » Siyasət » "Rusiya təcavüzünü demokratiya və azadlığa qarşı çıxanlar dəstəkləyir..."- NATO baş katibi

reklam

"Rusiya təcavüzünü demokratiya və azadlığa qarşı çıxanlar dəstəkləyir..."- NATO baş katibi

















"Pekin Moskvanı ikili təyinatlı avadanlıqlar, mikroelektronika və rusiyalıların Ukraynaya hücum etmək üçün istifadə etdiyi raketlər, bombalar, təyyarələr və silahlar istehsal etməyə imkan verən bir çox digər alətlərlə təmin edir..."

 Çin Ukraynaya qarşı müharibəsində Rusiyanı dəstəkləyir, ona görə də bu, Pekin üçün nəticəsiz olmayacaq.

"TSN"-nin yaydığı məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtonda Avro-Atlantika Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.

 O, bəyan edib ki, Rusiya təcavüzünü demokratiya və azadlığa qarşı çıxanlar və məhz  Rusiyaya birbaşa hərbi dəstək verən İran və Şimali Koreya dəstəkləyir, Çin isə Rusiyanın hərbi iqtisadiyyatını gücləndirir.

Stoltenberq qeyd edib ki, bu, müvəqqəti ittifaq deyil, böyük strateji koalisiyadır.

"Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində həlledici qonşuya çevrilib", - deyə Stoltenberq diqqətə çatdırıb.

Pekin Moskvanı ikili təyinatlı avadanlıqlar, mikroelektronika və rusiyalıların Ukraynaya hücum etmək üçün istifadə etdiyi raketlər, bombalar, təyyarələr və silahlar istehsal etməyə imkan verən bir çox digər alətlərlə təmin edir.

“Çin qitənin yaxın tarixdə gördüyü ən böyük müharibəyə öz nüfuzu və maraqları üçün mənfi nəticələr əldə etmədən kömək edə bilməz”, -  deyə Baş katib vurğulayıb.

Xatırladılır ki, bundan əvvəl Belarus və Çinin Polşa ilə sərhəd yaxınlığında birgə hərbi təlimlərə başladığı bildirilib.

Bundan əlavə, Çinin kimi Rusiya Federasiyası üçün "Şahed" tipli pilotsuz uçuş aparatları hazırladığı haqda daha əvvəl xəbər verilib.




Paylaş:


Müəllif : Tarix:
11-07-2024, 08:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər