Zaman böyük barışa, yoxsa savaşa işləyir? - GƏLİŞMƏ
BMT Baş Assambleyasının 74-cü sessiyası öz işini davam etdirir. Toplantı Azərbaycan üçün Dağlıq Qarabağ, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi baxımından məxsusi önəm daşıyır. Fakt budur ki, BMT-nin bir üzvü digər üzvünün - suveren Azərbaycanın qanuni ərazisinin 20%-ni on illərdir işğal altında saxlayır, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qəbul elədiyi 4 məlum qətnaməsini qulaqardı edir. Buna rəğmən, işğalçı ölkəyə qarşı hələ də beynəlxalq səviyyədə sanksiya rejimi tətbiq olunmur. Bu da təşkilatın nüfuzuna xələl gətirən amildir.
Xəbər verdiyimiz kimi, iki gün öncə Nyu-Yorkda - BMT iqamətgahında ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında görüş olub. Azərbaycan XİN-in yaydığı açıqlamada deyilir ki, görüşdə, sadəcə, Qarabağ konflikti ətrafında fikir mübadiləsi aparılıb.
Əslində hansısa ciddi nəticə gözlənilmirdi də. Çünki Nyu-York görüşünə kimi Ermənistan rəsmiləri, özəlliklə də baş nazir Nikol Paşinyan sülh prosesini mənasız edən, müharibəni isə yaxınlaşdıran təxribatçı bəyanatlar vermişdi - nə barədə ki, Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupunun BMT Baş Məclisi çərçivəsində keçirilmiş görüşündə ətraflı danışıb, belə bəyanatların sülhü əlçatmaz etdiyini bir daha vurğulayıb. Nazir dinc danışıqların gələcəyinin ən əvvəl dünya ictimaiyyətinin iqtidarına və qətiyyətinə, o sırada İslam ümmətinin dərhal və qətiyyətli hərəkət etməsinə bağlı olduğunu söyləyib.
Məmmədyarov xatırladıb ki, Ermənistan və Azərbaycan arasında münaqişə baş qaldırandan bəri İƏT Azərbaycana qarşı təcavüzü pisləyərək, Ermənistanı Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörməti bir daha təsdiqləyən, o cümlədən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirməyə çağıraraq prinsipial mövqe nümayiş etdirib.
Onu da qeyd edək ki, İƏT 2016-cı ilin aprelində İstanbulda keçirilmiş sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Təmas Qrupunu yaratmaq qərarını verib. Təmas Qrupunun tərkibinə təşkilata üzv ölkələrin xarici işlər nazirləri daxildir. Qrupun yaradılması barədə qərar Türkiyənin təşəbbüsü ilə qəbul edilib. İndiyə qədər İƏT Təmas Qrupunun üç iclası keçirilib.
*****
“Pakistan dünya ictimaiyyətindən Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən geri çəkilməyə məcbur etməsini tələb edir”. Bunu dost və müttəfiq ölkənin xarici işlər naziri Şah Mahmud Qureşi Təmas Qrupunun görüşündə deyib. O, dünyanın Ermənistana Azərbaycan ərazilərini azad etməsi və işğala son qoyması üçün daha çox təzyiq göstərməsini tələb edib.
Diplomat qeyd edib ki, Pakistan Azərbaycanı dəstəkləyir və Ermənistan kimi təcavüzkar qüvvələrin dünyadakı əsas güclər tərəfindən sərt şəkildə qınanılmadığı təqdirdə sülhü bərqərar etmək mümkün olmayacaq. Mahmud Qureşi əlavə edib ki, Dağlıq Qarabağ on illiklər boyunca insanların əzab-əziyyət çəkməsinə səbəb olmuş bir yanar atəşdir. Kəşmir və Dağlıq Qarabağ oxşar hallarla üzləşib. Azərbaycanın baş diplomatı bir daha Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağı dərhal tərk etməsini tələb edib.
“BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır”. Bunu isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışı zamanı bildirib. “Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”, - deyə o vurğulayıb.
*****
Aydındır ki, münaqişənin dinc həllinə ilk növbədə Rusiya töhfə verməlidir. Bu isə əfsuslar olsun ki, hələ də gözə dəymir. Qarabağ danışıqları, sülhə çağırışlar, işğala son tələbləri hələ ki nəticə vermir. Bu da o anlama gəlir ki, zaman əslində böyük barışa deyil, böyük savaşa işləyir. Bunu da ilk növbədə Rusiya ciddiyə alsa, daha yaxşı olar. Hər halda, Moskva rəsmiləri və ekspertləri də zaman-zaman bəyan edirlər ki, bölgədə böyük müharibə Kremlin marağında deyil və Rusiyanın regional maraqlarına cavab verir. Rusiya isə ixtilafın həlli yönündə real təşəbbüs göstərməyə tələsmir.
“Hazırda Rusiyanın xarici siyasətində Dağlıq Qarabağ münaqişəsi prioritet deyil. Rusiya, ümumiyyətlə, Qarabağ münaqişəsinin həlli üçün qollarını çırmalamayıb. Çünki o, Dağlıq Qarabağ məsələsini Azərbaycan və Ermənistana siyasi təzyiq mexanizmi kimi öz əlində saxlayır”.
“Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Natiq Miri Teleqraf.com-a müsahibəsində deyib. Politoloq bu kontekstdə son vaxtlar Azərbaycanın KTMT-yə üzvlüyü yönündə Moskvadan bəzi şirnikləndirici vədlərin verməsinə toxunaraq deyib: “Bu gün KTMT-yə müşahidəçi qismində qatılmaq müqabilində Qarabağ münaqişəsinin həlli ilə bağlı bəzi vədlər verilir. Hətta Qarabağ ətrafındakı 5 rayonun qaytarılması vədi verən saxta ”Lavrov planı" ortaya atıldı. Ancaq Azərbaycan bu oyuna getmədi. Azərbaycan anladı ki, Rusiya növbəti dəfə onu aldada bilər. Çünki indiyədək Rusiyadan Qarabağdan Ermənistana təzyiq vasitəsi kimi istifadə edilməsi halı müşahidə olunmayıb. Ayrıca Rusiya Ermənistanda yeni iqtidara gəlmiş Paşinyan hökuməti ilə münasibətlərinə aydınlıq gətirə bilmir. Rusiya bu gün Paşinyanı yola salaraq, öz maraqlarına cavab verən qüvvələri Ermənistanda hakimiyyətə gətirməkdə maraqlıdır. Bu halda da Azərbaycanın KTMT-yə üz olması qəbuledilməzdir".
Bəs belə olan surətdə Bakının taktikası necə olmalıdır?
“Azərbaycan nəinki KTMT-yə üzvlük məsələsini nəzərdən keçirməli, Ermənistanla Dağlıq Qarabağ danışıqlarını dayandırmalıdır. Birmənalı olaraq beynəlxalq tribunadan bunu bəyan etməlidir. Buna əsas olaraq, Nikol Paşinyanın ”Qarabağ Ermənistandır, nöqtə" bəyanatı açıq formada göstərilməlidir ki, Azərbaycanın belə bir bəyanat verən hökumətlə bir masa arxasında oturması mümkün deyil. Digər yandan, Ermənistan bu günədək Qarabağı dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara “müstəqil subyekt” kimi tanıtmağa cəhd edir. Bu baxımdan “Qarabağ Ermənistanındır” bəyanatı həm Azərbaycana qarşı hörmətsizlikdir, həm də ATƏT-in Minsk Qrupuna həmsədr dövlətlərin fəaliyyətinə tüpürməkdir. Buna görə də Azərbaycan Ermənistanla danışıqları dayandırmalı, həm diplomatik hücumlarla, həm də hərbi əməliyyatlarla işğal olunmuş ərazilərin azad edilməsinə başlamalıdır. Bu iki proses paralel yürüdülməlidir. Həm regional güclərin, həm də beynəlxlaq güc və təşkilatların bu əməliyyatlara mane olmasının qarşısını almaq üçün isə diplomatik fəaliyyət ortaya qoymaq zamanıdır. Qarabağ münaqişəsi həll olunmadan KTMT-yə üzvlüyün Azərbaycana xeyri olmayacaq. Birmənalı olaraq, bu bloka qoşulmaq müqabilində nə ətraf rayonlar, nə də Dağlıq Qarabağ Azərbaycana qaytarılacaq", - deyə politoloq əlavə edib.
*****
Yaranmış durumda, sülh səylərinin nəticə vermədiyi dönəmdə Azərbaycanın müharibəyə hazırlaşmaqdan başqa çarəsi qalmır. Dəfələrlə vurğuladığımız kimi sülh, yoxsa müharibə seçimi bizlik deyil, status-kvonu hər cür bəhanə ilə, o cümlədən status kvonu separatçı bölgədə saxta seçki tamaşaları ilə uzatmağa çalısan düşmən tərəfin seçimi olacaq. Bunu hətta ermənipərəst ekspertlər də etiraf edirlər.
“Dağlıq Qarabağda keçiriləcək ”seçkilərdən" sonra hərbi hərəkətlərin aktivləşməsi mümkündür". Bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mediasına müsahibəsində deyib. Tarasov hesab edir ki, Azərbaycan Ermənistanda yaranmış siyasi qarışıqlıqdan istifadə edə bilər. “Qarabağda keçmiş hakimiyyətin tərəfdarları qalıb, Ermənistanda isə hakimiyyət dəyişib. Qarabağdakı ”seçkilərdə" “hakimiyyət” dəyişsə, vəziyyət qarışacaq və Azərbaycan bundan istifadə edə bilər", - deyə o iddia edib.
Rusiyalı politoloq hesab edir ki, Ermənistanda ciddi bölünmə müşahidə olunur: “Ermənistan hakimiyyətinin siyasəti ölkəni çətin siyasi vəziyyətə saldı və cəmiyyətdə parçalanma baş verdi. Bu baxımdan Azərbaycanın vəziyyətdən istifadə edə biləcəyi və Qarabağda hərbi aktivliyin artması istisna deyil”.
Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim 2020-ci ildə “prezident seçkiləri” keçirməyə hazırlaşır. Bu kimi siyasi şoular isə artıq vurğulandığı kimi, sülhə deyil, müharibəyə işləyir. Düşmən tərəf, eləcə də Minsk Qrupunun həmsədr dövlətləri gərək unutmasınlar ki, Azərbaycanın səbri sonsuz deyil. Bakı konfliktin “torpaq əvəzinə torpaq”, yəni Dağlıq Qarabağın “müstəqilliyi” qarşılığında 7 rayon formuluna da heç vaxt razı olmayacaq. Çünki Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, öz torpaqları ilə alver etməyəcək və ərazisində ikinci saxta erməni dövlətinin yaradılmaısna imkan verməyəcək... //musavat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:26-09-2019, 09:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-09-2019, 09:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20-11-2024, 11:20