reklam
Regionxeberlericom.az » Siyasət » İndi də Kamala Harrisdən müsahibə almaq istəyir

reklam

İndi də Kamala Harrisdən müsahibə almaq istəyir

















Keçmiş ABŞ lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampdan müsahibə alan amerikalı milyarder İlon Mask indi də Demokratlar Partiyasının namizədi Kamal Harrislə həmsöhbət olmaq istəyir.

O, bu barədə X sosial şəbəkəsindəki hesabında bildirib.

“Kamala Harris üçün də Spaces (X vasitəsilə müsahibə-red.) təşkil etməyə şad olardım”, - o yazıb.

Xatırladaq ki, bazar ertəsi Mask Trampdan müsahibə alıb. O bildirib ki, müsahibənin yayımlanmasından əvvəl X platformasında texniki problemlər baş verib. Mask məsələ ilə bağlı açıqlamasında problemin DDOS hücumlarından (kiberhücum) qaynaqlandığını deyib. Bununla da, müsahibə planlaşdırılan vaxtdan təxminən 45 dəqiqə gec yayımlanmağa başlayıb. Onların söhbəti keçmiş prezidentin iyulun 13-də Pensilvaniya ştatındakı mitinqində sui-qəsd cəhdindən necə sağ çıxdığını danışması ilə başlayıb. Müsahibə ümumilikdə 1 milyarddan çox baxış toplayıb. 




Paylaş:


Müəllif : Tarix:
13-08-2024, 12:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər