reklam
Regionxeberlericom.az » Siyasət » Moskvada müxalifət çoxminli mitinq keçirir

reklam

Moskvada müxalifət çoxminli mitinq keçirir


Hazırda Rusiyanın paytaxtı Moskvada 20 mindən çox insanın iştirakı ilə hökumətlə öncədən razılaşdırılmış mitinq keçirilir. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş Polis İdarəsi məlumat yayıb.

Bildirilir ki, etirazçılar “Moskva işi” ilə bağlı saxlanılanlara dəstəklərini ifadə edərək, hakimiyyətə ünvanlanan “Azad et!” şüarı səsləndirirlər.

Qeyd edək ki, Saxarova prospekti və ona bitişik küçələrdə hərəkət tamamilə dayandırılıb. Son məlumata görə, aksiyaya 24,3 min nəfər qatılıb.


Milli Qvardiya və polis əməkdaşları təhlükəsizliyi təmin edirlər. Saxlanılan yoxdur.
Xatırladaq ki, 14 və 27 iyul, 3 avqust tarixlərində keçirilən qanunsuz aksiyalarla bağlı ümumilikdə 1,7 mindən çox insan saxlanılıb. İstintaq Komitəsi kütləvi iğtişaşlar və hökumət nümayəndələrinə zor tətbiq etmə maddələri ilə cinayət işi açıb.


Paylaş:


Müəllif : Tarix:
29-09-2019, 20:20
Sikayət   


loading...
Загрузка...