reklam
Regionxeberlericom.az » Siyasət » ŞOK İDDİA! Fələstin lideri Türkiyə səfərini yarımçıq qoyub - Sui-qəsd cəhdi...

reklam

ŞOK İDDİA! Fələstin lideri Türkiyə səfərini yarımçıq qoyub - Sui-qəsd cəhdi...


















Fələstin lideri Mahmud Abbas avqustun 15-də Ankaraya səfərinin rəsmi hissəsini qısaldıb.

Bu barədə “Hürriyet” qəzeti İsrailin sui-qəsd cəhdindən qorxaraq bu qərarı verdiyini iddia edib.

M.Abbas Fələstinə dəstək üçün toplanan Türkiyə parlamentinin fövqəladə iclasında çıxış edərək Qəzza zolağına və Qüdsə səfər etmək niyyətində olduğunu açıqlayıb.

Səfər çərçivəsində Fələstin lideri Türkiyə rəhbərliyi ilə birlikdə Qəzzaya həsr olunmuş fotosərgiyə baxıb, bundan sonra Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələrinin iştirakı ilə rəsmi şam yeməyi planlaşdırılıb.

"Mahmud Abbas TBMM sədri Numan Kurtulmuşa göstərdiyi diqqətə görə təşəkkür edib və hava qaralmadan Fələstinə dönməsi lazım olduğu üçün şam yeməyinə qala bilməyəcəyini bildirib. Təbii ki, o, İsrailin sui-qəsd cəhdindən qorxduğu üçün Fələstinə getmək istəyirdi",- deyə Hürriyyət"in köşə yazarı Abdulkadir Selvi yazıb.

Türkiyə hakimiyyəti hələlik nəşrin dərcinə münasibət bildirməyib.




Paylaş:


Müəllif : Tarix:
21-08-2024, 12:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər