Kobaxidze onları vəzifələrindən azad etdi
Gürcüstan hökuməti İsveçrə və Böyük Britaniyadakı səfirlərini və ölkənin BMT, NATO, Cenevrədəki digər beynəlxalq təşkilatlardakı nümayəndələrini tutduqları vəzifələrdən azad edib.
Bununla bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze Sərəncam imzalayıb.
Sərəncama görə, Viktor Dolidze Gürcüstanın NATO-dakı nümayəndəsi, Revaz Lominadze İsveçrə Konfederasiyasında səfir pozisiyasını tərk edir. Aleksandr Maisuradze BMT və digər beynəlxalq təşkilatların Cenevrədəki ofislərində daimi nümayəndə vəzifəsindən azad edilib.
Sofo Katsarava Gürcüstanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri və Beynəlxalq Dəniz Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsini tərk edib.
Gürcüstan XİN bu addımı diplomatların səlahiyyət müddətinin başa çatması ilə əlaqələndirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-08-2024, 23:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər