reklam
Regionxeberlericom.az » Siyasət » “Rusiyanı raketlə təmin etməmişik” - İran lideri

reklam

“Rusiyanı raketlə təmin etməmişik” - İran lideri

















“İran Rusiyanı heç bir raketlə təmin etməyib”.

İRİB telekanalı xəbər verir ki, bunu İranın Prezidenti Məsud Pezeşkian mətbuat konfransı zamanı deyib.

“Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin biz hakimiyyətə gəldikdən sonra heç bir silah ötürülməyib”, - prezident bildirib.

O əlavə edib ki, İran həmişə Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub.

“Rusiya müharibəyə niyə başladı? Avropalılardan soruşun! NATO niyə sərhədlərini genişləndirmək istəyir?”, - M. Pezeşkian əlavə edib.

Xatırladaq ki, “The Wall Street Journal” adı açıqlanmayan amerikalı və avropalı rəsmilərə istinadən İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etdiyini iddia edib.

Daha sonra İran bəyanat yayaraq xəbərin yalan olduğunu açıqlayıb.




Paylaş:


Müəllif : Tarix:
16-09-2024, 20:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər