İranı daxildə ciddi böhranlar gözləyir - İsrail hücum etsə...
Ötən gün axşam saatlarında İran İsrailə hücum edib. Ümumilikdə, İsrail ərazisinə 180-dən çox raket atılıb. Mətbuatda 500-dən çox raket atıldığı bildirilir. Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. İsrail Baş naziri Benyahim Netanyahu İrana cavab veriləcəyini bildirib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri iddia edib ki, İsrail Hərbi Hava Qüvvələrinin iki bazası, həmçinin İsrail kəşfiyyat xidmətinin qərargahı vurulub. İsrail vurulan yerləri açıqlamayıb.
Hücumun başlamasından sonra ABŞ Prezidenti Co Bayden İran raketlərinin vurulmasını əmr edib. Münaqişənənin coğrafi baxımdan daha da genişlənəcəyi ehtimal edilir.
“Axios” portalı İsrail rəsmilərinə istinadən yazır ki, İsrail hakimiyyəti İranın raket zərbəsinə yaxın bir neçə gün ərzində cavab verəcək. Nazirlər Kabineti bir gün əvvəl keçirdiyi iclasda cavabın olacağına qərar verib, amma bunun necə olacağını müəyyən etməyib. Cavab zərbəsi xüsusilə, neft hasilatına və digər strateji obyektlərə təsir göstərə bilər. Portalın həmsöhbətləri əlavə ediblər ki, İsrail hakimiyyəti hələlik cavabın nə olacağına qərar verməyib, o cümlədən bunu Amerika administrasiyası ilə müzakirə etmək istədikləri üçün açıqlamırlar.
Bəzi ekspertlər İsrailin cavab hücumundan sonra İran daxilində təlatümlər başlaya biləcəyini deyir.
Məsələ ilə bağlı Modern.az-a danışan Güney azərbaycanlı fəal, beynəlxalq münasibətlər üzrə doktorant Məhsa Mehdili bildirib ki, İranın nəhayət İsrailə hücum etməsi proksi qüvvələrin nəzdində nüfuzunu qorumağa yönəlib:
"İran əzələ nümayiş etdirir. 7 oktyabrda İsrail-HƏMAS müharibəsinin birinci ildönümü olacaq. Xüsusilə son 2-3 ildə İsrailin çox sayda əməliyyatları olub. İran proksi qruplar vasitəsilə İsrailə hər zaman təhdid yaratmağa çalışıb. Tehran rejimi bu günə qədər çalışırdı ki, İsrail və ABŞ-a qarşı müharibəni proksi qüvvələri vasitəsilə aparsın. Yəni bu günə qədər İran müharibənin öz ərazilərinə çəkilməsinə icazə vermirdi. Lakin İsrailin son əməliyyatlarında gördük ki, artıq İranın bu stratejisinə qarşı istədiyi müddətə, hətta İran torpaqları daxil olmaqla hədəfinə doğru əməliyyat həyata keçirir. İran dəfələrlə İsraili hücum etməklə hədələyirdi. İran İsrailə qarşı bəyantlar verir, təhdidlər edirdi. Bunu unutmayaq ki, İranın proksi qüvvələri artıq Tehranın böyük-böyük bəyanatlarını sorğulamağa başlamışdılar. Onlar sorğulayırdılar ki, İsrail artıq Həsən Nasrullahı öldürüb, bəs İran niyə hərəkətə keçmir? İranın bu dəfəki hücumu proksi qüvvələrin nəzdində etibarını, nüfuzunu qorumağa yönəlib".
Məhsa Mehdili söyləyib ki, İran hazırkı hərəkətlərini davam etdirəcəyi təqdirdə onu daxildə ciddi böhranlar gözləyir:
"Hazırki müharibə, ümumilikdə İranda yaşayan heç bir xalqın nümayəndəsinin məsələsi deyil. Bu, sadəcə Tehran rejiminin məsələsidir. Burada xalqla hökumət arasında böyük uçurum var. Bir dövlətin ərazi bütövlüyünə qəsd olsa, bu, orada yaşayan xalqların da məsələsi olar. İndiki müharibə isə xalq tərəfindən qəbul edilməyən müharibədir. İran son 2-3 ildə daxildə məşruyyiyyətini itirib. Tehran rejimi ölkə daxilində ciddi münaqişələr yaşayır. İran rejimi etirazları gec və zorbalıqla yatırmağa çalışır. Onu da xüsusilə nəzərə almaq lazımdır ki, İran iqtisadi baxımdan da bərbad vəziyyətdədir. Yoxsulluq pik həddə çatıb. Xalq süfrəsinə çörək qoya bilmir, demək olar ki, acdır. Xalqdan qopan rejimin belə iddialı çıxışları, savaş istəməsi çox ciddi təhlükələr gətirəcək. İndiki mərhələdə İranın bu qədəri ilə kifayətlənəcəyini düşünürəm. Mən İranın bu vəziyyətdə ABŞ və İsrailə qarşı müharibə potensialının olacağını düşünmürəm. Belə bir hal baş versə, ciddi böhran İranı gözləyir. Bu dolayısı ilə regiona da sirayət edəcək. Çünki İran bacardığı qədər bu müharibəni öz ərazilərindən kənarda davam etdirməyə çalışır. Amma buna qarşı İsrail, yaxud Beynəlxalq reaksiyalar nə olacaq? Gözləyib, görəcəyik".
Paylaş:
Müəllif : Fuad
Tarix:2-10-2024, 18:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər