reklam
Regionxeberlericom.az » Siyasət » İsrailin planı: Bu üç ölkə parçalanır, yeni dövlətlər yaranır - Proses başladı

reklam

İsrailin planı: Bu üç ölkə parçalanır, yeni dövlətlər yaranır - Proses başladı
















İsrailin Livanın cənubunda “Hizbullah”a qarşı başlatdığı əməliyyat antiterror tədbiri kimi təqdim olunsa da, bunu işğalçı müharibə olaraq dəyərləndirənlər də var. Aydındır ki, bu iddianın müəllifləri daha çox musəvi mənbələrində yer alan “Vəd edilmiş torpaqlar” anlayışına istinad edirlər.

Əvvəlcə qeyd etməliyəm ki, bu termin daha çox İbrahimi dinlərin müqəddəs yazılarında yer alır. Lakin, birmənalı şəkildə şərh edilmir; yəni üç din — islam, xristianlıq və iudaizm — bu məsələyə fərqli yanaşır.

Məsələnin siyasi və regional aspektlərinə baxdıqda, “Vəd edilmiş torpaqlar” anlayışı və belə bir layihənin icrası mövcud şərtlər və reallıqlar daxilində qeyri-mümkündür. azal vakansiya

Birincisi, “Vəd edilmiş torpaqlar” özlüyündə Misir, Fələstin, İordaniya, Səudiyyə Ərəbistanı, Livan, Suriya, İraq, Türkiyə, İran və Küveyt dövlətlərinin ərazilərini ya tam, ya da bir qismini əhatə edir. Bu ölkələrin birgə hərbi balansı İsrail ordusundan qat-qat güclüdür. Yəni Fələstin və Livan məsələsi bir yana, digər ölkələrlə müharibədə qalib gəlmək mümkünsüzdür.

İkincisi, qeyd olunan ərazilərdə yaşayan ərəb, türk və kürd əhalisinin sayı dünya yəhudilərinin sayından 50 dəfə çoxdur. Hələ digər kiçik etnik azlıqları qeyd etməyi unuduruq. İsrailin yarım əsr ərzində Fələstində ərəblərin sayını üstələyə bilmədiyini nəzərə alsaq, bütövlükdə Yaxın Şərqə nəzarət etməsi mümkünsüz görünür. Müqayisə üçün deyim ki, bu günə qədər Osmanlı imperiyası xaricində heç bir xristian, müsəlman və ya yəhudi dövləti Yaxın Şərqdə sabit və uzunömürlü hakimiyyət qura bilməyib.

Bununla belə, İsrailin Yaxın Şərqin aparıcı ölkəsi olmaq kimi bir niyyəti var. Bu, heç kəsə sirr deyil. Təl-Əviv regional reallıqların fərqindədir. Xüsusilə Suriya, İraq və İran kimi ölkələrin parçalanması Təl-Əviv üçün başlıca imperialist maraqdır.

Suriya

Misal üçün, Birinci Dünya müharibəsindən sonra Suriyanın dörd hissəyə parçalanması planı var idi. Yəni Suriyanın siyasi xəritəsi bugünkü kimi olmamalı idi. Onun yerinə, ərazidə sahil xətlərində Livandan bir qədər daha böyük ələvi bölgəsi, cənubda Dürzi, şimalda isə türk əraziləri ilə birlikdə ərəb dövləti yaradılmalı idi. İsrailin bu gün Suriya ilə bağlı başlıca ehtimal planı budur. Yəni Livanda “Hizbullah” tam məğlub ediləndən sonra hədəf Suriya ola bilər. Mərkəzləşmiş dövlətdən məhrum olan Suriyada bu planı reallaşdırmaq olduqca asandır.

İraq

İraqa gəldikdə, bu ölkənin əsas neft və qaz resursları ilə zəngin olan əraziləri hazırda Şimali İraq Kürd Muxtariyyətinin əlindədir. Kürdlər bir neçə dəfə müstəqillik üçün referendum keçirsələr də, buna nail ola bilməyiblər. Lakin bu məsələ də İsrailin planları arasındadır. Mümkündür ki, İraq da bu formada bölünə bilər.

İran

İranın parçalanması isə artıq heç kəs üçün sirr deyil. İsrail İranın parçalanması üçün prosesi çoxdan başladıb. Son zamanlar bu istiqamətdə intensiv işlər aparılır.

Nəticə etibarilə “Vəd edilmiş torpaqlar” işğal planından çox, regional hakimiyyətə gedən yoldur. İsrail bu ad altında Yaxın Şərqi idarə edə bilməyəcəyini anladığı üçün “parçala, hökm sür” siyasəti vasitəsilə regionda təsirini artırmağa çalışır. Yəni “Vəd edilmiş torpaqlar” əslində “parçala, hökm sür ” prinsipinə əsaslanır.

Turan Rzayev


Globalinfo.az-ın siyasət yazarı




Paylaş:


Müəllif : Tarix:
3-10-2024, 22:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər