reklam
Regionxeberlericom.az » Siyasət » Xarici səfərlərinə görə yenidən impiçment başladılacaq

reklam

Xarici səfərlərinə görə yenidən impiçment başladılacaq


















Gürcüstanın hakim “Gürcü arzusu” partiyası ölkə Prezidenti Salome Zurabişvilinin impiçmenti prosedurunu yenidən başladacaq.

“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə məlumatı ölkə parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb prezidentin hökumətin təsdiqi olmadan xarici səfərlərini davam etdirməsi olub. 

Partiya ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qədər sözügedən məsələ ilə bağlı yenidən Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir. 

Xatırladaq ki, ötən ilin oktyabrında Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin hökumətin qadağasına zidd olaraq xaricə səfər edərək qanunu pozmasını tanıyıb. Bu qərar impiçment proseduruna başlamağa imkan verib. O, həmin ilin sentyabrında Berlin, Brüssel və Parisə səfər edib və burada yüksəksəviyyəli görüşlər keçirib. Sonradan məlum olub ki, Gürcüstan hökuməti buna razılıq verməyib. Bunun ardınca Zurabişviliyə qarşı impiçment proseduru başladılsa da, bu, baş tutmayıb.





Paylaş:


Müəllif : Tarix:
7-10-2024, 12:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər