reklam
Regionxeberlericom.az » Siyasət » Bu bədbəxtlər Azərbaycan dilindən niyə qorxur? - Qazipur

reklam

Bu bədbəxtlər Azərbaycan dilindən niyə qorxur? - Qazipur


















Keçmiş millət vəkili Nadir Qazipur İran Mülki Aviasiyasında ana dilində salamlama qadağasını sərt tənqid edib.

RegionXəbərləricom.az milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı yazıb.

 Bildirilib ki, İran parlamentinin Urmiyadan olan keçmiş millət vəkili Nadir Qazipur dünən bir qrup Urmiya sakini ilə görüşündə təyyarədə türkcə "xoş gəldin" ifadəsinin qadağan edilməsinə reaksiya verib.

 "Mən bir neçə il öncə Çinin paytaxtı Pekindən Urumçu şəhərinə uçarkən təyyarədə sərnişinlərə türk dilində "xoş gəldiniz" deyildiyinin şahidi oldum. Necə olur ki, Çində türk dilində danışmaq olar, amma İranda yox?!" - deyə, Qazipur etirazını dilə gətirib.

 O, bəzi İran rəsmilərini bədbəxt və zəlil adlandıraraq, onların Azərabyacandan niyə bu qədər qorxduqlarının səbəbini sorğulayıb. Nadir Qazipur İran Konstitusiyasına, eləcə də ölkə rəhbərinin göstərişlərinə toxunaraq, türk dilində danışmağın azərbaycanlıların təbii hüququ olduğunu vurğulayıb.

 Qeyd edək ki, bir neçə gün əvvəl "Ata" aviaşirkətinin Tehrandan Təbrizə uçan təyyarəsində bələdçi qonaqları türk dilində salamlayıb. Bu, mediada geniş rezonans doğurub və fars millətçiləri bunu separatçılığın təbliği kimi qələmə veriblər.

 Bundan sonra İran Hava Yolları Şirkəti Təbrizə uçan təyyarələrdə qonaqların türk dilində salamlanmasına qadağa qoyub.




Paylaş:


Müəllif : Tarix:
19-10-2024, 21:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər