reklam
Regionxeberlericom.az » Siyasət » Putinlə Ərdoğanın görüşü 55 dəqiqə davam edib

reklam

Putinlə Ərdoğanın görüşü 55 dəqiqə davam edib

















Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında görüş başa çatıb.

Bu barədə TRT telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Putin və Ərdoğan arasında danışıqlar saat 18:00 radələrində başlayıb. Görüşün təxminən 55 dəqiqə davam etdiyi bildirilib.

Rusiya lideri danışıqlara başlamazdan öncə Ankarada baş verən terror aktı ilə əlaqədar Türkiyə liderinə başsağlığı verib.

“Bizim buna münasibətimizi bilirsiniz, motivi nə olursa olsun, biz bu cür təzahürləri pisləyirik”, - Putin vurğulayıb.

Danışıqlar zamanı Ərdoğan Moskva ilə Ankara arasında bank problemlərinin həll olunduğunu bildirib. O vurğulayıb ki, hazırda iki ölkənin departamentləri dövlətlər arasında bank köçürmələri ilə bağlı problemləri həll edir.

Görüş zamanı həmçinin Putin Ərdoğana ölkəsinə səfər edəcəyinə söz verib.




Paylaş:


Müəllif : Tarix:
Bu gün, 21:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər