Harris poçtla erkən səs verdi
ABŞ-nin hazırkı vitse-prezidenti, Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçkilərdə erkən səs verib.
Bu barədə məlumatı Harris öz “X” hesabında paylaşdığı videomüraciətdə bildirib.
Prezidentliyə namizəd seçkilərdə poçt vasitəsilə səs verib.
O, seçkilərin gərgin olacağını desə də, öz qələbəsinə inandığını vurğulayıb.
Harris, həmçinin amerikalıları mütləq seçki məntəqələrinə gedərək səs verməyə çağırıb. Bununla belə, o, ölkə vətəndaşlarına səsvermə zamanı internet resurslardan istifadə etmək imkanını da xatırladıb.
Qeyd edək ki, Florida universitetinin ən son yaydığı məlumata görə, 75 milyondan çox amerikalı seçkilərdə erkən səs vermə imkanından istifadə edib.
Xatırladaq ki, sabah ABŞ-də prezident seçkiləri keçiriləcək. Prezident postu uğrunda Kamala Harrislə Respublikaçılar partiyasından namizəd, ABŞ-nin keçmiş Prezidenti Donald Tramp mübarizə aparacaqlar.
Paylaş:
Müəllif : Fuad
Tarix:Dünən, 11:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər