reklam
Regionxeberlericom.az » Siyasət » Tramp öz administrasiyasında "sərhəd çarı"na vəzifə verdi

reklam

Tramp öz administrasiyasında "sərhəd çarı"na vəzifə verdi




















ABŞ-nin İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) keçmiş direktoru vəzifəsini icra edən Tom Homan Tramp administrasiyasında "sərhəd çarı" vəzifəsini icra edəcək.

Bu barədə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Keçmiş ICE direktoru və sərhədlərin mühafizəsi üzrə sadiq tərəfdarı Tom Homanın Administrasiyamıza qoşulacağını və ölkəmizin sərhədlərinə cavabdeh olacağını elan etməkdən məmnunluq duyuram", - deyə o bildirib.

Respublikaçı qeyd edib ki, sərhədlərə, həmçinin dəniz və aviasiya təhlükəsizliyinə nəzarət etməklə yanaşı, Homan, eyni zamanda, bütün qeyri-qanuni əcnəbilərin öz ölkələrinə deportasiya olunmasına görə məsuliyyət daşıyacaq".

Tramp vurğulayıb ki, Homanın fantastik və çoxdan gözlənilən bir iş görəcəyinə şübhəsi yoxdur.




Paylaş:


Müəllif : Tarix:
11-11-2024, 10:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər