Zurabişvili Konstitusiya Məhkəməsinə müraciət etdi
“Gürcüstan Prezidenti Salome Zurabişvili ötən ay ölkədə baş tutan parlament seçkilərindəki pozuntularla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib”.
“RİA Novosti” xəbər verir ki, bu barədə məlumatı Gürcüstan liderinin hüquqşünası Eka Beseliya yayıb.
Onun sözlərinə görə, Zurabişvilinin müraciəti parlament seçkilərində səsvermənin gizliliyinin və ümumseçki hüququnun pozulması ilə bağlı iddiadan ibarətdir.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Seçkinin nəticəsinə əsasən, ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası 54,3% səslə qalib gəlib. Lakin bir sıra müxalif siyasi qruplar seçkinin nəticəsini qəbul etməyib.
Zurabişvili isə noyabrın 18-də seçkilərin saxtalaşdırılması iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edəcəyini açıqlamışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-11-2024, 14:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər