reklam
Regionxeberlericom.az » Siyasət » Gürcüstanda keçirilən aksiyaların məqsədini açıqladı

reklam

Gürcüstanda keçirilən aksiyaların məqsədini açıqladı

















Tbilisi meri və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze respublikada keçirilən etiraz aksiyalarının məqsədinin dövlət çevrilişi olduğunu bildirib.

Bu haqda “Sputnik Georgia” məlumat yayıb.

“Bütün hərəkətlər xarici qüvvələr tərəfindən planlaşdırılan və həyata keçirilən ssenarinin tərkib hissəsi idi. Məqsəd, açıq-aydın, çevriliş idi”, - Kaladze deyib.

Onun sözlərinə görə, aksiyalarla bağlı təşkilatlarda və siyasi partiyalarda axtarışlar aparılıb. Nəticədə aksiyalar zamanı istifadə olunmuş çoxlu sayda molotov kokteyli, pirotexniki vasitələr və digər əşyalar müsadirə edilib.

Qeyd edək ki, Gürcüstanda etirazlar hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmaq qərarından sonra başlayıb.




Paylaş:


Müəllif : Tarix:
5-12-2024, 20:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər